Əsrlər boyu hər bir yeni başlanğıc bəşəriyyət üçün yeni ümidlər doğurdu. Keçmişdən təmizlənmək, yenilənmək duyğusu həmişə gələcəyə qapılarımızı açıb.
Yeni ili qarşılamaq, şübhəsiz ki, arzuladığımız və həyata keçirəcəyimiz ümidverici dəyişikliklərin ən böyük öncüsü olmuşdur.
Yaxşı, heç düşünmüsünüzmü ki, yeniliyin qeyd olunduğu, eyni zamanda bərəkətli olduğu Yeni İl ilk dəfə nə vaxt və necə yaranıb, hansı ənənələrlə bu günə qədər qaynayıb-qarışıb?
Məşhur Roma İmperatoru Yuli Sezarın eramızdan əvvəl 46-cı ildə Günəşə istinad edən Julian təqvimini qəbul etməsi ilə yeni ilin başlanğıc tarixi bütün dünyada yanvarın ilk günü olaraq təyin olundu. Roma tanrısı Yanusla eyni adı daşıyan, bir tərəfi keçmişə, digər tərəfi gələcəyə baxan, dəyişiklikləri və başlanğıcları təmsil edən yanvar ayı indi yeni ilin və onunla gələn yeni ümidlərin xəbərçisi idi.
Əsrlər, illər ötdükcə Yeni İl dünyada daha geniş miqyaslı ,müxtəlif formatda keçirilməyə başladı. Əvvəllər sadəcə şam ağacını bəzəmək, onun ətrafında toplanmaqla bu bayramı qeyd edirdilərsə, indi bu siyahıya , sevdiyimiz yeməkləri hazırlamaq, hədiyyələr almaq, seçmək, hədiyyə vermək, yeni ili coşğuyla qarşılamaq, şənliklər təşkil etmək və digər əyləncələr də əlavə olunub.
Bu bayram uşaqlar üçün də çox sevilən bayramlardan biridir. Yeni ildə şam ağacının altına hədiyyələrin yığılması,uşaqlara bu hədiyyələrin Şaxta Baba tərəfindən məhz onlar üçün gətirildiyinin deyilməsi də Yeni İlinin ən maraqlı sehrlərindəndir.
Bu bayramda böyüklər belə yüksək maraq və sevinc hissi ilə yaxınlarından, doğmalarından öz hədiyyələrini gözləyirlər.
Azərbaycanda Yeni İl həyacanı ikiqat böyük sevinclə qeyd olunur. Buna səbəb Azərbaycanda 1 Yanvar – Yeni İllə yanaşı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün də qeyd olunmasıdır. Bu gündə bütün dünya azərbaycanlıları bir araya toplanır, böyük şənliklər, əyləncələr təşkil edərək hədiyyələr bağışlayır, həm də bayramı qeyd edirlər.
Böyük əminliklə deyə bilərik ki, Yeni İl həm böyüklər, həm də usaqlar üçün çox gözlənilən, ilin ən gözəl hadisəsidir. Ona görə də Santa Clausun sizə və doğmalarınızın sevincinə səbəb olacaq, zövqünüzə uyğun olacaq hədiyyə gətiməsi üçün sizə maraqlı hədiyyə siyahısı hazırlamışıq ;)
Yeni İldə Alinino.az saytından hansı hədiyyələri əldə edə bilərsiniz?
1. Ən yaxşı hədiyyə oxunmamış kitabdır!
Hədiyyə alacağınız şəxsin zövqünə uyğun olaraq Azərbaycan, Türk, Rus, İngilis dillərində hər növ-klassik,sevgi,detektiv,fantastika,tarixi, fəlsəfi, özünü inkişaf kitabları,uşaqlar üçün kitablar,ensiklopediyalar - bədii və qeyri bədii kitablar. Bu siyahıdan, böyüklər üçün hədiyyə olaraq yeni ildə yeni başlanğıclara başlamaq üçün əla bir motivasiya kitabı lap yerinə düşərdi!
2. Özünü sevənlərə əsl hədiyyə!
Xanımlar və bəylər üçün qulluq vasitələri,şampun,parfüm,maskalar,hər növ geyimlər.
3. Ləziz dadların vurğunu olanlar üçün!
Yemək ,içki həvəskarları üçün konfetlər, şokaladlar, istənilən növ içkilər.
4. Texnologiya sevənlərə əsl hədiyyə yenilikdir!
Elektronika həvəskarları üçün telefonlar, qulaqcıqlar,notebooklar,əlvan rəngli qrammofonlar, fotoaparatlar (Fujifilm instax paloroidləri hazırda çox dəbdədir).
5. İncəsənət vurğunları üçün yaradıcı dəstlər ən doğru seçimdir!
Yaradıcılıqa ,incəsənətə meyilli insanları da unutmadıq əlbəttə...
Pazllar, rəqəmlərlə rəngləmələr, özünüzün hazırlaya biləcəyiniz maraqlı yaradıcı hədiyyələr, müxtəlif konstruktorlar, moda və dəblə, musiqi, kino ilə bağlı kitablar, advent kalendar, mətbəxə aid kitablar bu qəbildəndir.
6. Macəra həvəskarları yeni bir oyundan imtina etməz!
Həm uşaqlar, həm də böyüklər üçün ailəvi oynanıla bilən stolüstü oyunlar (Monopoly, Scrabble, Şahmat, Jenga, Pie Face və s.) Yeni İldə həm bayramı, həm də digər şənlikləri əlavə olaraq rəngləndirəcək.
7. Ən yaxşı hədiyyə seçimi onlara buraxmaqdır!
Hədiyyə alacağı şəxsin zövqünə tam bələd olmayanlar və seçimdə çətinlik çəkənlər üçün də çıxış yolu var. Hazırda aktual olan və optimal sayılan hədiyyə vasitələrindən biri də hədiyyə kartlarıdır. Çünki seçim qarşısında qalmaq, hədiyyə almaqdan daha çətindir.
Hazırda Alinino.az saytı öz müştərilərinə həm elektron, həm də plastik formada 10,20,30,50,100 azn dəyərində uşaq və böyüklər üçün nəzərdə tutulan hədiyyə kartlarını təklif edir. Bu hədiyyə kartlarını seçməklə siz həm öz işinizi asanlaşdırmış olursunuz, həm də seçimi onların özlərinə verməklə onları da sevindirmiş olacaqsınız.
Bayram günlərinizin daha özəl olması üçün elə indi bu əzizlərinizin zövqünü oxşayacaq hədiyyələrdən birini seçin və sevdiklərinizə “Yeni İlin Mübarək, Sən mənim üçün çox dəyərlisən” deyin!
P.S. Gəlin təkcə bayram günlərində deyil, hər gün əzizlərimizi sevindirməyə çalışaq. Bu, sadə bir sözlə də olar, çünki həyat xoşbəxt olduğumuz anlardan ibarətdir.
Yeni iliniz Mübarək. ;)
Müəllif: Kubra Quliyeva Xalıqova