Bayramlarda hədiyyə etmək üçün kitab seçmək məhsuldar və düşündürücü bir seçimdir. Hədiyyə etmək istədiyiniz şəxsin marağlarına, bacarıqlarına və düşüncə tərzinə görə kitab seçmək çox önəmlidir. Bunun üçün Alinino.az saytı sizə müxtəlif zövqlər və marağlara uyğun bir neçə janrda kitab nümunələri təqdim edir:
Ədəbiyyat klassikləri:
Qraf Monte-Kristo - Aleksandr Düma
Ceyn Eyr-Şarlotta Bronte
Sirlər xəzinəsi-Nizami Gəncəvi
Əli və Nino (yeni cild)-Qurban Səid
Sevgi romanları:
Brida -Paulo Coelho
Onun kimi bir qadın-Mark Levi
Milenaya Məktublar -Franz Kafka
Eyni Ulduzun Altında-Con Qrin
Şəxsi inkişaf kitabları:
Pozitiv düşün, pozitiv yaşa-Veks Kinq
Həyat mozaikasının beş əsas fraqmenti-Cim Ron
Yeni dünya-Eckhart Tolle
Yatağını düzəlt -William H. Mcraven
Fəlsəfi kitablar:
İctimai müqavilə -Jan-Jak Russo
Mavi nöqtə. Bəşəriyyətin kosmik gələcəyi -Karl Saqan
Sapiens.Bəşəriyyətin Qısa Tarixi - Yuval Noah Harari
Ağlasığmazlıq dağına qalxmaq-Richard Dawkins
Fantastika kitabları:
Üzüklərin hökmdarı-J.R.R. Tolkien
11.22.63-Stiven Kinq
Mars xronikaları -Rey Bredberi
Dünyaların müharibəsi -Herbert George Wells
Detektiv kitablar:
Fantom -Jo Nesbo
Ölüm dalğası - Aqata Kristi
Güzgüdəki naməlum adam -Sidney Sheldon
Yeni ildə balaca dostlarımız üçün də kitab hədiyyə etmək çox gözəl və düşünülmüş bir seçim ola bilər. Çünki kitab oxumaq, usağın müstəqil düşünmə bacarığını inkişaf etdirir. Onlar oxuduqları əsərlər vasitəsilə dünyanı daha dərindən anlamağa çalışır və öz fikirlərini inkişaf etdirirlər. Ümumiyyətlə, kitab oxumaq uşaqlara müstəqil düşünmə, dil bacarığını inkişaf etdirmə və dünyanı daha geniş perspektivdə anlamaq üçün əla bir seçimdir.
Hədiyyə olaraq uşaqlar üçün seçə biləcəyiniz kitablara nümunə olaraq:
Oliver Tvistin macəraları-Çarlz Dikkens
Yaşıl evin Ennisi-Lüsi Mod
Pollianna-Elinor Porter
Harri Potter və Fəlsəfə daşı-kitab 1-C.K.Roulinq
Nə,niyə, nə üçün – Sual-Cavaba dair böyük kitab
Bu kimi kitabların adlarını çəkə bilərik, hansı ki, siz, Alinino.az saytının uşaq ədəbiyyatı bölməsinə daxil olmaqla ingilis, rus, türk, azərbaycanca bu və ya digər kitabları evdən çıxmadan bir toxunuşla sifariş edərək əldə edə bilərsiniz.
Hədiyyə olaraq kitab seçilməsi bir növ sevgi və qayğı göstərməyin bir ifadəsi olaraq qəbul edilir.
Hədiyyə olunan kitablar, dostlar və ailə üzvləri ilə maraqlı müzakirələrə səbəb ola bilər.
Həmçinin kitablar, hədiyyə qəbul edənin istirahətinə və mənəvi rəhatlaşmasına, sakitləşməsinə kömək edə bilər.
İnsanlar oxuduğu kitablar vasitəsilə yeni yerlərlə tanış olmaq və müxtəlif mədəniyyətlər haqqında məlumat əldə etmək imkanı əldə edirlər. Bu, Kitablar müxtəlif janrlarda və şəxsin maraqlarına uyğun seçilə bilər. Bu, həmçinin hədiyyə alanın maraqlı və müxtəlif tədqiqatlar aparmasına kömək edir.
Kitab oxumaq, beyin üçün stimulativdir və düşünmə bacarığını inkişaf etdirdiyi üçün hədiyyə alan şəxs bu kitab vasitəsilə öz müdrikliyini artıra bilər.
Ən önəmli nüanslardan biri də hədiyyə olunan kitab, dostluğun və əməkdaşlığın simvolu kimi də qiymətli ola bilər. Belə ki, hədiyyə alan şəxs kitabı oxuduqca hədiyyə verən şəxsi daima xatırlayacaqdır.
Hədiyyə etməyə qərar verdiyiniz kitabın əvvəlcədən oxunmuş olması və şəxsin marağlarına cavab verən olması çox mühümüdür. Həmçinin kitabın hədiyyə şəklində qablaşdırılması və xüsusi bir şəkildə təqdim edilməsi də yeni il hədiyyəsi olaraq seçdiyiniz kitaba əlavə bir gözəllik də qata bilər.