Kitabı bitirdim. Haradasa 300-cü səhifədən sonra hekəyə maraqlanır, yəni "Şahə Qalxan Poni" meyxanasından sonra. Əgər filmi seyr etmisinizsə, kitabı oxumağı məsləhət görmürəm. Çünki 3 saatlıq film kitabdakı məzmunu təfsilatlı təsvir edə bilməz. Buna görə də, həmişə, öncə kitabı oxuyun, sonra filmə baxın. İkiqat həzz alacaqsınız.
Hekayənin gedişatına və ya ümumilikdə hekayəyə heç bir formada təsiri olmayan, lazımsız təsvirlər , alt hekayələrlə doludur. Məsələn , hobbitlər bir kəndə yaxınlaşır, müəllif başlayır kəndin az qala yarandığı tarixini anlatsın, bu kəndə yaxın olan qonşu kənd haqqında yazır və düşünürsən ki, bunun hekayəyə nə dəxliyyatı var, tapa bilmirsən. Lakin, digər hallarda hekayə maraqlıdır.
Hamının yazdığı kimi, kitabın dili sadədir, amma fantastik və unudulmazdır. Məncə də oxumağa dəyər👍🏼