Özünüzü həqiqətən sevməyi necə öyrənə bilərsiniz? Mənfi emosiyaları müsbətə necə çevirmək olar? Əbədi xoşbəxtlik tapmaq mümkündürmü?
Bu kitabda instagramda məşhur məzmun yaradıcısı olan Vex King bütün bu suallara və daha çoxuna cavab verir. Vex minlərlə gənc üçün ümid mənbəyi olmaq üçün çətinliklərin öhdəsindən gəldi və indi sizi ruhlandırmaq üçün şəxsi təcrübəsindən və intuitiv müdrikliyindən istifadə edir:
özünüzə qulluq göstərin, zəhərli enerjiyə qalib gəlin və öz rifahınızı prioritetləşdirin
- zehni məşq və meditasiya da daxil olmaqla müsbət həyat tərzi vərdişlərini inkişaf etdirin
- həyatınıza böyük fürsətlər dəvət etmək üçün inanclarınızı dəyişdirin
- sınaqdan keçmiş üsullardan istifadə edərək məqsədlərinizi reallaşdırın
- qorxuya qalib gəlin və Kainatın axarına qoşulun
- ali məqsədinizi tapın və başqaları üçün parlaq bir işıq olun
Bu kitabda Veks sizə göstərəcək ki, düşüncə tərzinizi, hisslərinizi, danışıqlarınızı və hərəkətlərinizi dəyişdiyiniz zaman dünyanı dəyişməyə başlayırsınız.
Bu kitabı oxumaqla mən emosiyalarımı idarə etməyi və pozitiv düşünməyi öyrəydim. Artıq gündəlik həyatımda daha xoşbəxt və balanslıyam. Darıxdırıcı kitab deyil. Psixologiya mövzusunda kitab axtarırsınıza bu kitabı seçə bilərsiniz
Gülarə Əliyeva
Kitabı oxuduqdan sonra özümə və başqalarına qarşı daha anlayışlı oldum. Daha pozitiv bir insan oldum. Artıq həyatımda yaxşılığa doğru dəyişikliklər baş verir.
Əli
Son səhifəsinə kimi eyni maraqla oxudum.
Gül
Möhtəşəm bir kitab! Stresi azaltmaq və pozitiv düşüncəni gücləndirmək üçün çox faydalıdır.
Nazilə
Bəzi məsələlərə yaxşı bir aydınlıq gətirdi və özümü daha yaxşı idarə etməyə kömək etdi.
Gülay
Kitab mənim üçün bir dəyişim başlanğıcı oldu. Məni özümü daha yaxşı başa düşməyə və həyatımda dəyişikliklər etməyə təşviq etdi.
Reyhan
Pozitiv düşünməyi mənə aşılayan, möhtəşəm bir kitabdır. Məsləhətlidir.
Nəzrin Nəcəfzadə
Düzü əvvəl tərəddüd edirdim kitabı almağa, amma yazılan rəyləri oxudum və aldım. Həqiqətən, məndə çox bəyəndim. Kaş bu zamana kimi oxuyardım dediyim kitablardan oldu. Sanki bu zamana kimi, yuxuda idim indi ayrılmışam. Özümə və ətrafdakılara qarşı münasibətimin dəyişdiyini hiss edirəm.
Mədinə
Mən gecələr oxuyuram. Bu kitabı oxuyanda müsbət aura ilə yuxuya gedirəm və günə gümrah başlayıram. Ətrafda baş verənlərə pozitiv yanaşıram.
Gunay
Heyatimda ilk defedi bir kitabi severekden axira kimin oxudum panim 1000000/10 du 😄
Ve bu kitabi mene meslehet goren 28 may metrosunun icerisinde olan saticidir o satici coxx qeseng kitablar meslehet gorur☺️ mence o xanimdan sorusa bilersiz😇😇
Turanə
Həyatımı yaxşılığa doğru dəyisməyimə kömək edən kitabım.
Sura Dadaşova
Yazılan rəylərə əsasən aldım kitabı, nə yaxşı ki də almışam.. Həqiqətən möhtəşəm kitabdır. Müsbət enerji verən, adamı yaxşılığa doğru yönəldən bir yoldur sanki. Hər kəsə şiddətlə tövsiyə edirəm.
Əntiqə Cabbar
Həqiqətən də pozitiv düşünməyi öyrədən bir qiymətli xəzinədir, sanki.
Ofelya
Oxumağa dəyər kitabdır. Sizə də tövsiyə edirəm.
Vəsilə Həsənova
Sizin catdirilmanizdan cox raziyam. Hemise sifaris edirem Lenkerana. 4-5 gune sifarisim catir. Cox sag olun
İlahə
Kitabı bu gün oxuyub, bitirirəm. Həqiqətən çox oxunmalı kitabdır. Təkrar oxumağı düşünürəm.
Könül Alıyeva
Bu kitabı oxuyandan sonra həm özümü sevməyə başladım, həmdə artıq müsbət düşünürəm.
İradə
Yeni ildə bacıma hədiyyə etdim. Çox bəyəndiyini söylədi.
Aslan
Güclü təsirə malik kitabdır, həqiqətən oxumağa dəyər.
Mirvari
Mütləq oxunulası kitablardan biridir. Hər kəsə tövsiyə edirəm.
Məlahət
Məncə hər kəsin mütləq oxumalı olduğu kitablardan biridir. Hər kəsə tövsiyə edirəm.
Aygün
Gözəl kitabdır. Həqiqətən də insanda pozitivlik yaradır.
Ziya
Əla keyfiyyətli məhsullard
Ümidə
Kitab haqqında sadəcə müsbət fikirlər deyəbilərəm. Özünüz oxumalısınız ki, nəcə pazitiv olduğunu gözlərinizlə görəsiniz.
Sevinc
Xalam qızının mənə hədiyyəsidir. Çox xoşuma gəldi kitab. Çox diqqətlə və heyranlıqla oxuyuram. Hər kəsə də tövsiyə edirəm 👍👍❤️❤️👍
Ravi
Kitabı aldım nəhayət ki. İndi sizinlə fikirlərimi paylaşmaq üçün yazıram. Deyim ki, kitabı oxuya oxuya indiyədək yanlış davranmaqla həyatımı becə bədbinləşdirdiyimu gördüm mən. Hələ ki təzə başlamışam kitabda deyilənləri öz üzərimdə tətbiq eləməyə. Amma ilkin nəticələrə baxıram,pis deyil. Vex Kingi instagramdan izləyirdim, fikirləri ilə çox razı idim. Kitabda isə bu fikirləri çox gözəl sistemli şəkildə təqdim edib.
Mansura
Yeni baxis acisi ucun ela kitabdir.
Sevda Shirinova
İnanıram ki, bu kitabdan sonra həyata baxış bucağım dəyişəcək 😍
Ravi
Ümüd edirəm ki tez kitab tez çap olar. Alıb oxuyaram.
Ləman
Kitab çox maraqlı gəldi mənə, səbrsizliklə gözləyirəm. Artıq indidən sifariş etmişəm.