Andre Morua
Fransız yazıçısı Andre Morua, 1885-ci ildə Elbefdə dünyaya gəlmişdir.
Andre Morua bir çox psixoloji romanların və bioqrafik hekayələrin müəllifi olmuşdur. İkinci Dünya müharibəsi zamanı Morua fransız ordusunda kapitan kimi xidmət etmişdir. Andre Moruanın “Yad qadına məktublar” əsəri onun tayı-bərabəri olmayan ən yaxşı sənət incisi sayılır. Bioqrafik romanlardan fərqli olaraq , bu “açıq” məktubları yazıçının “bəşər övladına səmimi ürək sözləri” , yaxud “gələcək nəsillərə tövsiyələri” kimi dəyərləndirmək, janrını isə esselərdən ibarət povest kimi səciyələndirmək mümknüdür. Əbəttə, əsərin adı, yaxud hansı janra məxsus olması ikincidərəcəli məsələ kimi o qədər də önəmli deyil. Əsas olan odur ki, burada müxtəlif bizim bilmədiyimiz, lakin bilməyə borclu olduğumuz incə mətləblərdən söz açır və müxtəlif mövzularla bağlı düşüncə və münasibətinin böyük ustalıqla qələmə alaraq hər birimizə təklif və təqdim edir.
Andre Morua 9 oktyabr 1967-ci ildə vəfat etmişdir.
Andre Moruanın kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.