Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина

Banin

 Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı, model, XX əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi, Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin 18 dekabr tarixində anadan olmuşdur.

7.99 AZN 9.99 AZN
Nami
шт
11.19 AZN 13.99 AZN
Paris günləri (Banin)
шт
11.99 AZN 14.99 AZN
Paris günləri (cildli)
шт
9.59 AZN 11.99 AZN
Qafqaz günləri
шт
10.39 AZN 12.99 AZN
Кавказские дни
шт
10.45 AZN 11 AZN
Paris günləri - Banin
шт
6.65 AZN 7 AZN
Qafqaz Günləri
шт
17.28 AZN 21.60 AZN
Банин. Кавказские дни. Парижские дни
шт
7.99 AZN 9.99 AZN
Кавказские дни
шт
10.32 AZN 12.90 AZN
Парижские дни
шт

200px-Banin.jpg1946-cı ildə dərc olunan  "Qafqaz günləri" kitabı Baninə müvəffəqiyyət qazandırır. Kitab işıq üzü gördükdən sonra Andre Marlo, İvan Bunin, Mikos Kazaçakis, Anri Monterlen, Ernst Yünger və başqaları Baninə riqqətli məktublar yazırlar. İki dünya müharibəsinin iştirakçısı, alman yazıçısı və filosofu Ernst Yüngerlə Baninin dostluğu yarım əsrdən çox davam edib. Banin Yüngerə bir neçə kitab həsr edib. Onlar 1943-cü ildə – Baninin Azərbaycanda sosial düzümün faciəsini özündə əks etdirən "Bizimlə" romanı işıq üzü gördükdən sonra tanış olublar. Romanın təəssüratı altında olan Yünger Baninə zəng vurur, özünü təqdim edir, növbəti gün isə cazibədar azərbaycanlı yazıçı ilə tanış olmaq üçün onun evinə görüşə gedir. Baninə şöhrət gətirən "Qafqaz günləri" kitabından sonra onun "Paris günləri" (1947), "Ernst Yüngerlə görüş" (1951), "Mən opiumu seçdim" (1959), "Sonra" (1961), "Xarici Fransa" (1968), "Sonuncu ümidin zovu" (1971), "Ernst Yüngerin portreti" (1971), "Ernst Yünger müxtəlif sifətlərdə" (1989) romanları geniş oxucu kütləsi qazanır. Baninin sonuncu dərc olunmuş kitabı – "Məryəmin mənə danışdığı" romanı 1991-ci ildə ölümündən 1 il əvvəl işıq üzü görüb.

1992-ci il oktyabrın 29-da Fransanın "Fiqaro" qəzeti ölkəni sarsıdacaq bir məlumat yayır: "İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib…

Baninin kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.