Ваша корзина пуста

Ceyms Oldric

Görkəmli ingilis yazıçısı və jurnalisti Ceyms Oldric 1918-ci ildə Avstraliyada anadan olmuşdur.

Diplomat
Товар отсутствует
Мягкий
Ceyms Oldric
20%
11.99 AZN
9.59 AZN

James_Aldridge_(1987)_by_Guenter_Prust.jpg1939-1945-ci illərdə hərbi müxbir işləmiş, müxtəlif ölkələrdə, o cümlədən İranda Cənubi Azərbaycanda olmuşdur. Oldric 1942-ci ildə yazdığı “Şərəf işi”, 1944-cü ildə yazdığı “Dəniz qartalı” romanlarında yunan xalqının faşizmə qarşı mübarizəsini təsvir etmişdir.

Yaradıcılığında Azərbaycan mövzusu əhəmiyyətli yer tutur. Ceyms Oldric 1949-cu ildə yazdığı Yaxın Şərq, o cümlədən İran, Cənubi Azərbaycan və kürd xalqlarının milli azadlıq hərəkatından, imperializmin müstəmləkəçilik siyasətinə qarşı mübarizəsindən bəhs edən “Diplomat” əsərinin və onun davamı olan 1974-cü ildə yazdığı “Əli silahlılar” romanının, “Qafqaz haqqında nəğmə” (1942) bədii reportajının müəllifidir.

“Diplomat” romanında Azərbaycan qəhrəmanlarının Cavad Qoçəli, Mirzə Cahansız və b. obrazlarını yaratmışdır. Müəllifin həmin romanı, bəzi hekayələri Azərbaycan dilinə tərcümə edilmişdir.

Oldric dəfələrlə SSRİ-də, o cümlədən Azərbaycanda olmuşdur. O,1953-cü ildə Ümumdünya Sülh Şurasının Qızıl medalını almışdır. 1973-cü ildə isə “Xalqlar arasında sülhü möhkəmlətməyə görə” Beynəlxalq Lenin mükafatı laureatı adına layiq görülmüşdür.

Ceyms Oldricin kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.