Fridrix Nitsşe
Alman filosofu və klassik filoloq 1844-cü ildə Fridrix Nitsşe Almaniyanın keçmiş Prussiya, indiki Saksoniya əyalətinin Lützen şəhəri yaxınlığındakı Röcken kəndində anadan olmuşdur.
1883-cü ildə, bir il əvvəl tanış olduğu Rus əsilli qadın şair Lu Salomenin də verdiyi ucalma duyğusuyla, Belə Buyurdu Zərdüştün ilk kitabını yazdı. Bundan sonra 1885-ə qədər, ikinci, üçüncü və dördüncü kitablar ilə, Zərdüştün məzmununa nəsr olaraq yaxınlaşan Yaxşı və Pisin ardında (1885) və Əxlaqın Şəcərəsi (1887) kitabları yayımlandı.
"Zərdüşt" sonrası dövründə, müxtəlif zamanlarda müxtəlif başlıqlar hazırlayaraq, bir Böyük Əsər yazmağa girişən Nitsşe, son məhsuldar ili olan 1888-ci ildə, ardıcıl olaraq Vagner Hadisəsi, Bütlərin Qürubu, Dəccal, Ecce Homo və Dionis Difiramosları adlı kitablarını yazdı.
1900-cü ilə qədər mənəvi qaranlıq içində bitki mənşəli deyilə biləcək həyatını davam etdirən Nitsşe, özündən sonrakı əsrdə təsirləri ən məşhur olacaq düşüncə məhsullarını geridə buraxaraq 25 avqustda həyatdan köçdü…
Fridrix Nitsşenin kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.