Güzəl Yaxina
Rus dilli tatar yazıçısı, məşhur “Züleyxa gözlərini açır” (tatar. “ Зөләйха күзләрен ача ”, rus. “Зулейха открывает глаза”) romanının müəllifi, “Böyük kitab” və “Yasnaya Polyana” mükafatları laureatı Güzəl Yaxina 1 iyun 1977-ci ildə Kazanda həkim və mühəndis ailəsində dünyaya gəlmişdir.
Güzəl Yaxina yaradıcılığa “Neva” jurnalının 2014-cü il 2-ci sayında nəşr olunan “Kəpənək” (rus. Мотылек) hekayəsi ilə başlayıb.
Əsərləri “Neva”, “Oktyabr” jurnallarında dərc edilib. Onun “Züleyxa gözlərini açır“; adlı ilk romanının bəzi bölümləri “Sibir işıqları” (rus. Сибирские огни) dərgisində nəşr edilib. Romanı ayrıca kitab kimi yayınlamaq üçün naşir tapmaq ümidilə edilən uğursuz cəhdlərdən sonra yazıçı ədəbi agentliyə müraciət edir. Agentliyin köməyi ilə kitab işıq üzü görür və uğur qazanır. 2015-ci ildə yazıçı “Böyük Kitab” Milli ədəbi mükafatının laureatı olur və roman həmçinin “Yasnaya Polyana” və “İlin kitabı” Mükafatlarına layiq görülür.
Güzəl Yaxinanın “Züleyxa gözlərini açır” romanı nəşr olunandan sonra qısa müddət ərzində dünyanın 20-dən artıq dilinə çevrilmişdir. Ümumilikdə yazıçının bütün nəsr əsərləri dünyanın 30-dan çox dilinə tərcümə edilmişdir.
Güzəl Yaxina 2018-ci ildə “Ümumi diqtə” (rus. “Тотального диктанта”) əsərini yazmışdır. Daha sonra yazıçının “Səhər”, “Günorta” və “Axşam” adlı fərqli vaxt zonalarınl əhatə edən üç mətndən ibraət “Uşaqlarım” (rus. “Дети мои”) romanı nəşr olunmuşdur.
2019-cu ilin dekabr ayında Güzəl Yaxina ikinci dəfə “Uşaqlarım” romanına görə “Böyük kitab” mükafatının qalibi olub.
Güzəl Yaxinanın kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.