“Realist olun – mümkün olmayanı arzulayın!” (Ernesto Gevara) Jan-Pol Sartr onu “XX əsrin ən mükəmməl insanı” adlandırıb. “Çe” təxəllüslü Ernesto Gevara 1928-ci ildə Argentinada dünyaya gəlib. 1956-cı ildə o, Fidel Kastro və daha 80 inqilabçı ilə birlikdə Meksikadan Kubaya – diktator Batistanı devirmək üçün yollanıb. Onun ruhu Maestra dağlarında dolaşır: həkim, inqilabçı, alim, şair... “Bu insanı Tanrı yollayıb”, – onun yanına müalicə üçün xəstə övladlarını gətirən kəndlilər deyirdilər. Əzilən insanlara yardım etmək arzusu onu Konqoya və Boliviyaya aparıb çıxarır. 1967-ci ilin 9 oktyabrında Boliviyada qətlə yetirilir. Çenin obrazı ədiblər üçün cəlbedicidir. Onun şəxsiyyəti haqda cəsarətlə söyləmək olar: Çe bütün dövrlərin və bütün xalqların tarixinə adını həkk edib. Təqdim olunan kitabı yazıçı və “Parizyen” qəzetinin əməkdaşı olan jurnalist Jan Kormye 8 il ərzində (1987–1995-ci illər) qələmə alıb. Onun yazılmasında Ernesto Gevaranın qızı İldita və uşaqlıq dostu Alberto Qranado da iştirak edib.
Код товара:9789952360219
Жанр:
Bioqrafiya
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Твердый
Автор:
Jean Cormier
Количество страниц:
576
язык:
Азербайджанский
Серия:
Görkəmli insanların həyatı
Метка:
Ekspress
комментарии1
Çox maraqli kitabdir. Ve insana insanlığı orgədən kitabdir. Her kese tövsiye ederek. Bir insan inqilab ederek olkenin taleyini deyisib.
комментарии1