Добро пожаловать в интернет-магазин www.alinino.az!
Доставляем заказы в Баку, регионы Азербайджана и страны мира!
Доставляем заказы в Баку, регионы Азербайджана и страны мира!
При заказе от 30 манат, доставка по Баку бесплатно.
.
Müəllifin ilk dəfə 2004-cü ildə Kanadanın “McClelland and Stewart” nəşriyyatında çap olunan “Əziz həyat” adlı hekayələr kitabına “Yaponiyaya çatmaq”, “Amundsen”, “Çinqil”, “Maverleyi tərk etmək”, “Sığınacaq”, “Qürur” və başqa hekayələrilə yanaşı, “Final” adlı avtobioqrafik məzmunlu hekayəsi daxil olunub. Bu hekayələrdə müəllifin dərin müşahidələrindən doğan psixoloji, gözlənilməz sonluqla bitən fikirləri, Kanadanın soyuq təbiəti kimi soyuq insanlarının həyat tərzi öz əksini tapıb. “Final” hekayəsi isə, bütövlükdə Alis Manronun öz portretidir. “Yəqin, anam məni gələcək həyat üçün qonşuluqdakı həmin dəli qarının əlindən xilas etmişdi…” Kitabı oxuduqca müəllifin bu etirafına siz də şahid olacaqsız.
Сопутствующие товары
Похожие товары
Товары из категории
комментарии1