Müəllifin ilk dəfə 2004-cü ildə Kanadanın “McClelland and Stewart” nəşriyyatında çap olunan “Əziz həyat” adlı hekayələr kitabına “Yaponiyaya çatmaq”, “Amundsen”, “Çinqil”, “Maverleyi tərk etmək”, “Sığınacaq”, “Qürur” və başqa hekayələrilə yanaşı, “Final” adlı avtobioqrafik məzmunlu hekayəsi daxil olunub. Bu hekayələrdə müəllifin dərin müşahidələrindən doğan psixoloji, gözlənilməz sonluqla bitən fikirləri, Kanadanın soyuq təbiəti kimi soyuq insanlarının həyat tərzi öz əksini tapıb. “Final” hekayəsi isə, bütövlükdə Alis Manronun öz portretidir. “Yəqin, anam məni gələcək həyat üçün qonşuluqdakı həmin dəli qarının əlindən xilas etmişdi…” Kitabı oxuduqca müəllifin bu etirafına siz də şahid olacaqsız.
Məhsulun kodu:9789952363739
Janr:
Klassika
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Bərk
Müəllif:
Elis Monro
Səhifə sayı:
305
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər1
Əsər insanın həyatın anlamını, mövqeyini və içində yaşadığı mənzərələri incə və düşüncəli bir üslubla ələ alır. Həyatın qiymətini anlama və onun dəyərini artırma məsələləri, əsərdə əsas mövzudur. Yazar, müxtəlif personajlar vasitəsilə insanın iç dünyasına dərin nəzarət edir və həyatın sadəcə fəaliyyət və hadisələrdən ibarət olmadığını göstərir. "Əziz həyat", insan psixologiyasını və insanın özünə baxışını əks etdirən məqamlarla doludur.
şərhlər1