Yeni başlayan minillikdə bəşəriyyət sanki ağlını itirib. Despotik rejimlərin törətdiyi qətliamlar bütün dünyanı lərzəyə salır, insanların ah-naləsi ərşə dirənir. İslam düşmənçiliyi, başqa millətlərdən olanlara qarşı aqressiya, irqçilik, faşizm dayanmadan kin-küdurət və nifrət püskürür. Qlobal problemlər siyasi böhranların və əsl lider çatışmazlığının mövcudluğunu açıb ortaya qoyur. Dünya haqqa-ədalətə, humanist bir sistemə ciddi ehtiyac duyur. Belə bir ədalətli sistem yaratmağın yolu isə liderlik probleminin həllindən keçir. Türkiyədə xuntaçıların 2016-cı il 15 iyul gecəsi baş vermiş xain çevriliş cəhdinin qarşısını xalqın gücü və dəstəyi ilə alan Ərdoğanın nümayiş etdirdiyi liderlik örnəyi bu gün bütün dünyada yaşanan liderlik böhranı ilə bağlı suallara ən yaxşı cavab sayıla bilər. Liderlərin ən başlıca xüsusiyyətlərini açıb göstərən "Lider: siyasi liderlik və Ərdoğan" kitabı əxlaq, ədalət, fəzilət kimi məfhumlara əsaslanaraq siyasətin və siyasətçinin məqsədlərini izah edir. Türk siyasətinə öz möhürünü vurmuş fenomenal siyasətçi və dövlət adamı Rəcəb Tayyib Ərdoğanın fəaliyyətini təhlil obyektinə çevirən müəllifin əsərinə bu kontekstdən yanaşanda onu müasir bir siyasətnamə kimi də qiymətləndirmək olar. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
ISBN:
9789952310412
Жанр:
Tarix
Издательство:
Teas Press
Переплёт:
Твердый
Автор:
Yalçın Akdoğan
Количество страниц:
292
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары
Покупают вместе