Nobel qardaşlarının Bakıya gəlib çıxmasının və burada böyük pullar qazanmasının maraqlı tarixçəsi var. Sadəcə, tüfəng qundağı üçün qoz ağacı almaq niyyəti ilə bu zəngin cənub ölkəsinə gələn şimallı biznesmenlər burada gördüklərindən heyrətləniblər: “Bakıda böyük pullar var!” Bəs o vaxtlar Bakıya axışan yüzlərlə iş adamından niyə yalnız bir neçəsi, o cümlədən Nobellər bu qədər şöhrət və böyük pullar qazana bilib? “Nobel qardaşları” şirkətinin loqotipi kimi niyə məhz Atəşgah seçilib? Onları Hacı Zeynalabdin Tağıyevlə, Şəmsi Əsədullayevlə, Hacı Şıxəli Dadaşovla nə birləşdirib? Bakı qoçularının Nobellərlə əlaqəsi olubmu? Şirkəti hansı Bakı qoçusu qoruyub? Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nobellərin yeni hökumətlə münasibətləri necə olub? Onlar bolşeviklərlə gizli danışıqlar aparıbmı? Əlimərdan bəy Topçubaşov Emmanuil Nobellə nələri müzakirə edib? Robert Nobelin Nargin adasını icarəyə götürməsinə kim mane olub? Məşhur Nobel mükafatı fondunda Bakı neftinin payı nə qədər idi? Tağıyevin Nobellərlə işgüzar əməkdaşlığı niyə qarşıdurmaya çevrilib?...
ISBN:
9789952313741
Жанр:
Tarix
Издательство:
Teas Press
Переплёт:
Твердый
Автор:
Müsəllim Həsənov
Количество страниц:
168
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары
Покупают вместе