Solomon Northup-ın bu avtobioqrafik romanı Amerikanın 200 il öncəsinin müdhiş mənzərəsini açır. Romanı oxuduqca insanın sırf dərisinin rənginə, sosial təbəqəsinə görə başqa bir insana necə iztirablar verdiyini bütün çılpaqlığı və dəhşəti ilə görürsən. Romanda “ağlar” “qaralar”ı adam saymır, hətta onları ev heyvanlarından ayırmır, onları “danışa bilən heyvanlar” kimi səciyyələndirir, azacıq itaətsizlik göstərən kimi amansızcasına döyür, işgəncə verir, öldürürlər.
Kitab Amerikada qara adam olmağın faciəsini hərtərəfli təsvir edir. Eyni zamanda bu kitabda 12 il əsirlikdə olan Solomonun yaşadıqları təsvir olunub. Məhz o, ağlının, intellektinin, iradəsinin hesabına əsirlikdən, köləlikdən xilas ola bilir. Yenə də ona sonda ağlar kömək edir.
Romanda quldarlıq quruluşunun nə qədər anti-insani bir quruluş olduğu oxucular üçün parlaq şəkildə canlandırılıb.
ISBN:
9789952367867
Жанр:
Bioqrafiya
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Solomon Northup
Количество страниц:
320
язык:
Азербайджанский
Метка:
Bestseller, Ekspress
Отзывы о товаре 5
Çox təsirli və düşündürücü əsərdir.
Müəllifin dili və təsvirləri məni valeh etdi. Oxumağa dəyər bir kitabdır.
Kitabın hər səhifəsi mənim üçün yeni bir dünya açdı. Hekayənin dərinliyi və təsir gücü möhtəşəmdir.
“On iki il qul” əsəri real həyat hekayəsindən bəhs edir. Öz həyat təcrübəsindən bəhs edən bu təsirli kitab, Solomon Northup-un qaçırıldıqdan sonra qul kimi keçirdiyi on iki illik dövrü öz həyatına əsaslanaraq, səmimi və ürəkağrıdan bir dillə izah edir. Kitab quldarlıq dövründə Amerikada yaşanan qeyri-insani təcrübələri üzə çıxarsa da, eyni zamanda insanın dözümlülüyünü və ümidini vurğulayır. Northup-ın azadlıq həsrəti və yaşadığı çətinliklər oxuculara insanın daxili gücü və ədalət axtarışı haqqında düşündürücü perspektiv təklif edir.
Kitabi oxuyanlara filmi mutleq tovsiye edirem. Bu kitab en cetin anlarda ruhdan dushmemek ve heyata nece davam etmekcun en gozel motivasiyadir.
Похожие товары
Покупают вместе