Fransada yaşayıb-yaratmış Ümmülbəni (Banin) iki məşhur neft milyonçusunun —Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi olub. Fransız dilində qələmə alınmış “Qafqaz günləri” avtobioqrafik romanında Banin uşaqlıq illərindən başlayaraq Parisə getdiyi günə qədər həyatında baş verənləri qələmə alıb. Roman son dərəcə səmimi bir dildə yazılıb və heyrət doğuran etiraflarla doludur. Kitabda Baninin ailəsi ilə bağlı xatirələri ilə yanaşı, dövrün mədəni-siyasi hadisələri ilə də tanış oluruq. 1917-ci il inqilabı, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, erməni-müsəlman qırğını, Qızıl Ordunun ölkəyə daxil olması ilə müstəqilliyimizə son qoyulması, varlıların mallarının müsadirə edilməsi, Azərbaycanda sosializmin inkişafı və yayılması kimi məsələlər bir şahidin dilindən nəql edilir.
ISBN:
9000690338392
Жанр:
Memuar
Издательство:
Xan nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Banin
язык:
Азербайджанский
Метка:
Ekspress
Вес, гр:
200,00
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары
Покупают вместе