“Yalnız uşaqlar nə axtardıqlarını bilirlər”, – deyirdi Eqzüperi. Biz bu həqiqəti “Şirin portağal ağacım”da balaca Zezenin timsalında görürük. Zeze kasıb bir ailənin dəcəl uşağı olsa da, qəlbi günəş kimi parlaq və insan sevgisiylə doludur.
Beşyaşlı uşağın vaxtından tez ağrı-acı ilə üzləşməsi, ətrafındakılara həssaslığı, onların iztirablarını dərindən hiss etməsi, dostluqdakı sədaqəti insanı heyrətləndirir. Onun zəngin xəyal dünyası uşaq məsumluğu ilə birləşib böyüklərin zamanla itirdiyi bir paklığı yaşadır bizə.
Vaskonselos on iki günə yazdığı bu roman haqqında, “iyirmi ildən çox idi ki, ürəyimdə daşıyırdım”, – deyirdi.
Nəşr olunduğu ildən bəri təkcə Braziliyada 150 dəfədən çox nəşr olunan, 2 milyondan çox satılan, 24 dilə çevrilən “Şirin portağal ağacım” orijinaldan, portuqalcadan tərcümə ilə Azərbaycan oxucusuna təqdim edilir.
ISBN:
9789952833829
Жанр:
Klassika
Издательство:
Parlaq İmzalar
Переплёт:
Yumşaq
Автор:
Jose Mauro De Vasconcelos
Количество страниц:
248
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 2
Çox marağlı romandır, oxumağa dəyər👍
Çox maraqlı bir romandı. Kiçik bir uşağın yaşadıqlarını oxuduqca qarışıq hisslər yaşayırsan. Almağa dəyər məncə
Похожие товары
Покупают вместе