İnsanlararası münasibətlərin ciddi transformasiyaya məruz qaldığı bir dövrdə ailə haqqında yanaşmalar da dəyişir. Bu təsisatın müxtəlif mədəniyyətlərdə yerini, bəşər tarixindəki rolunu, insanın şəxsi inkişafına təsirini nəzərə alanda ailə dəyərlərinin gələcəyi haqda narahat olmalıyıq.
Qarşınızdakı kitabda Hacı Şahin Həsənli son dövrlərdə ailə institutunun dağılmasına səbəb olan faktorları təhlil edib, onlara çarə tapmaqla yanaşı, ictimai münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçid imkanları haqda da bəhs edir. Müəllifin fikrincə, ailə dəyərlərinin istismarı onların inkarı ilə nəticələnməməlidir. Əksinə, müxtəlif kritik hadisələrlə formalaşan müasir dünyada ailə təsisatına yeni məzmun verilməlidir. Kişi-qadın, valideyn-övlad münasibətləri üçün yeni formalar deyil, məhz yeni yanaşmalar düşünülməlidir.
ISBN:
9789952580938
Жанр:
Psixologiya
Издательство:
Parlaq İmzalar
Переплёт:
Yumşaq
Автор:
Hacı Şahin
Количество страниц:
112
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары
Покупают вместе