Mən Ağa, mütaliə sözünün tam mənasıyla haqqını verəbilən, ən yaxşı kitabları seçib, oxumağı sevirəm. Ən sevdiyim janr kateqoriyası fəlsəfədir amma, içərisində şəxsi inkişaf da varsa, artıq həmin kitabın kitabxanamda olması vacib şərtə çevrilir.
Kitab seçimim:
1) Tərcümə
2) Kitabın, inkişafımdakı rolu
3)Kitabı davamlı şəkildə oxuyabilmə imkanı(Masaüstü kitab) olması ilə başlayır.
Siz də, bu üslubda kitablar tapmaqda çətinlik çəkirsinizsə doğru ünvandasınız, sizləri vaxt itirmədən öz bloguma dəvət edirəm.
Xoş mütaliələr.)
Kitabın müəllifi Mark Avreli 96-180-ci illər arasında Roma imperiyasında xidmət etmiş, beş ən yaxşı imperatordan sonuncusu hesab olunur. O, 170-180-ci illər arasında müharibədə olarkən “Özümlə təkbətək" adlı fəlsəfi kitabını qısa qeydlərlə yazmışdır lakin, bu qeydlər ölümündən sonra kitab halına gətirilmişdir. Mark Avreli dünyada ən önəmli stoik filosoflardan biri sayılır.
Əsərdə, Stoik fəlsəfə haqqında ümumi məlumatların yer alması ilə yanaşı bu məlumatları öz həyatı üzərində də tətbiqi, əsərin təkcə fəlsəfəyə deyil, eyni zamanda şəxsi inkişafa da nə qədər töhfə verdiyi mübahisəsizdir. Şəxsən mənim oxuduğum ən yaxşı kitablardan biri idi.
Kitablarda qeyd olunmayan "Zərdüşt belə söylədi" qısa məzmununu sizlərə təqdim edirəm:
Nitsşe "Zərdüşt" obrazı fonunda fövqəlinsanı təsvir edir. Zərdüşt dağlara qalxır, uzun müddət mağaraya inzivaya çəkilir. Burada həqiqəti əldə etdiyini düşünüb insanlığı xilas etmək üçün mağarasından çıxır, kənd kənd dolaşmağa başlayır. Bundan sonra Nitsşe az qala Tanrı olur və öz peyğəmbəri Zərdüştə misralarını oxutdurur. Zərdüşt bütün ənənəvi dəyərlərə qarşı çıxır, insanlara Tanrının öldüyünü və bütün dini inancların məhv olduğunu söyləyir. Zərdüştün bütün istəyi xalqın gözündə xilaskar, peyğəmbər olmaqdır.
Bu kitabı Nitsşe'nın avtobioqrafiyası da saymaq olar. O, bu əsərində, özündən və əsərlərinin hansı şərtlər altında yazıldığından bəhs edir.
Özünü təsvir etdiyi bu əsərin qısa xülasəsini versəm; Özünü Dionisin həvarisi adlandırır. İrəli sürdüyü Fəlsəfəsinin də psixologiya olduğunu, ancaq həqiqəti müdafiə etdiyini deyir. Əsərləri arasında ən çox sevdiyi əsər - bildiyimiz kimi, "Zərdüşt belə söylədi " əsəridir.
Kreyser sonatası - Lev Tolstoy
Otello sindromu (pataloji qısqanclıq) - şaxsin aşiq olduğu insanı xəstəlik dərəcəsində qısqanmasıdır. Həyat yoldaşının onu aldatdığını düşünən qəhramanı yeyib-bitirən bu şübhə ilk zamanlar onu qorxutsa da, hekayənin davamında qısqanclığın yaratdığı narahatlıq və qəzəbdən bəslənən bir insana çevirir. Bütün varlığını ələ keçirən şübhə və qisqanclıqla başqa heç bir şey düşünməyəcək hala gəlir. Həqiqəti dərk etməsi yox dərəcəsindədir, beynində ssenarilər qurduqca şübhələr nifrətə çevrilir. Bu nöqtədən sonrası isə şiddət və ölümdür.
Fikrimcə hər bir Azərbaycanlı gəncin oxumalı olduğu kitablardan biri də, həmyerlimiz, filosof Ağalar Məmmədovun "Aşma" kitabıdır. Bu, müəllifin ilk və tək kitabı olmasıyla yanaşı, fəlsəfi məqalələr və müsahibələr toplusudur. Kitab müxtəlif mövzulara sosyal və fəlsəfi baxış bucağından baxmaqda köməklik göstərir.