Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина

Amin Salimdən kitab tövsiyəsi

Kitab oxumaqla yanaşı roman və hekayə yazmağı, həmçinin rəsm çəkməyi, sosial platformlarda öyrəndiklərimi bölüşməyi sevirəm.

 

Daniel Keyes - Billi Milliqanın sirli hekayəsi

Uilyam Stenli Milliqan (14 fevral 1955-ci il – 12 dekabr 2014-cü il) Kampus Təcavüzkarı kimi də tanınır, 1970-ci illərin sonlarında Ohayo ştatında yüksək səviyyədə ictimailəşdirilmiş məhkəmə işinin mövzusu olan amerikalı idi . Silahlı soyğunçuluq da daxil olmaqla bir neçə cinayət törətdikdən sonra Ohayo Dövlət Universitetinin kampusunda üç zorlamaya görə həbs olundu . Lakin onun müdafiəsinə hazırlaşarkən psixoloqlar Milliqana dissosiativ şəxsiyyət pozğunluğu diaqnozu qoyublar . Belki bir bədəndə iyirmidən çox şəxsiyytə malik idi. Onun alternativ şəxsiyyətlərindən ikisinin Milliqanın xəbəri olmadan cinayətləri törətdiyini iddia olunub. O, belə bir müdafiə qaldıran ilk dissosiativ şəxsiyyət pozğunluğu diaqnozu qoyulmuş və bu səbəbdən böyük bir cinayətdən bəraət alan ilk şəxs idi. Həbs əvəzinə isə psixiatriya xəstəxanalarında on il keçirdikdən sonra xərçək xəstəliyindən vəfat etdi. Milliqanın ögey atası tərəfindən zorlanmasından sonra ortaya çıxan bu psixoloji şəxsiyyət çoxluğu xəstəliyi Daniel Keysin romanı nəticəsində daha da məhşurlaşdı. Mükafat almış bu kitab yazarın şəxsən Milliqandan aldığı müsahibələr və geniş araşdırmalar nəticəsində ortaya çıxmış mükəmməl psixoloji romandır. Romanı oxuduqca adətən antiqəhrəmanın zehninin qaranlıq küçələrində dolaşır, qeyri-ixtiyarı cinayətlərindən sonra anidən her şeyin fərqinə varmasıyla yaşadığı mənəvi izdirabları duyursunuz. Yazarımız bu psixoloji keçidləri ən incə detalı ilə dəqiq və vurucu təsvir etmişdir.

 

 

Allan Kardek - Ruhlarla söhbət

Əsl adı Hippolyte Leon Denizard Rivail olan Allan Kardec 3 oktyabr 1804-cü ildə Lionda bir çox görkəmli hüquqşünas ailəsində anadan olmuşdur. O, təhsilinə Verdun ( İsveçrə ) şəhərindəki Lyon şəhərində tanınmış prof. Pesalozzinin tələbəsi kimi tamamladı.
Daha sonrakı həyatında mənəvi təmas seansları ilə maraqlandı. Əvvəlcə mövzuya şübhə ilə yanaşırdı. Fəqət bir çox ruhçağırma seanslarına şəxsən qatıldıqdan sonra düşüncələri tamamilə dəyişdi. Beləki o dövrə qədər sistemləşdirilməmiş olan təcrübə nəticələrini toplayaraq spiritüalizmin ana kitabı hesab olunan "Ruhlarla söhbəti" qələmə aldı . Nəşr edildikdən qısa müddət sonra səs-küyə, tənqidlərə səbəb oldu. Kitabda bir çox ruhçağırma seansı zamanı yüksək ruhani varlıqlardan alınmış cavablar sistemləşdirilərək mövzulara bölünmüşdür. Bunlardan bəziləri: axirət, əxlaq, mənəvi inkişaf, ruhun ölünmsüzlüyü, tanrı və sair kimi mövzulardır.

 

Filip Zimbordo - Lüsifer effekti

Hər zaman insanı qaranlıq yönləri diqqətimi çəkib. Odur ki, bu mövzuda qələmə alınmış istər bədii, istərsə də elmi əsərlər böyük maraqla oxumuşam. Bunlardan ən mükəmməli isə heç şübhəsiz Stenford həbsxana eksperimentini (ing. Stanford prison experiment) təməl alan "Şeytan effekti" kitabıdır. Bu təcrübə kitabın yazarı Filipp Zimbardo tərəfindən həyata keçirilmiş, insanın azadlığı məhdudlaşdırılanda düşdüyü şəraitə uyğunlaşma məsələsini tədqiq edən təcrübə idi. Beləki təcrübə 1971-ci ildə amerikalı psixoloq Filipp Zimbardo tərəfindən Stenford Universiteti ərazisində aparılıb. Təcrübəyə könüllü qoşulan tələbələr psixologiya fakultəsinin zirzəmisində hazırlanmış həbsxanada kimisi əsir, kimisi isə həbsxana gözətçisi rolunda bir müddət yaşamalı idi. Məhbuslar və mühafizəçilər öz rollarına gözlənildiyindən daha tez uyğunlaşdılar. Fəqət çox keçmədən həqiqətən də təhlükəli situasiyalar yarandı. Hər 3 keşikçidən birində sadist meyillər peyda oldu. Məhbus rolunda olanlar isə mənəvi travma aldığından, onlardan bir neçəsi təcrübədən vaxtından əvvəl çıxarılmış və təcrübə dayandırılmışdı. Yarımçıq saxlanmasına baxmayaraq, nəticələrinə görə bu təcrübə ən təhlükəli və insanın ən qaranlıq tərəflərinə işıq tutan önəmli psixoloji təcrübələr siyahısına daxil olmuşdur.

 

Markiz de Sad - Yataq otağında fəlsəfə

Yataq otağında fəlsəfə ( La philosophie dans le boudoir ) Markiz de Sadın dialoq şəklində yazılmış 1795-ci il kitabıdır.
Kitab əvvəlcə pornoqrafiya əsəri hesab edilsə də, sonrakı dövürlərdə ictimai-siyasi dram kimi qəbul olunub dəyərləndirilməyə başladı.
Kitab ilk dəfə dilimizə 2013-cü ildə Azad Gənclik Təşkilatı və Carpe Diem yayınları tərəfindən tərcümə olunmuşdur.
Yataq otağındakı iki baş qəhrəman, son siyasi inqilabı gücləndirən yeganə əxlaq sisteminin libertinizm olduğunu və Fransa xalqının libertin fəlsəfəni mənimsəmədiyi halda Fransanın monarxiya dövlətinə çevriləcəyini iddia edir.
Kitabda hadisələr gənc Eugenie'ə iki gün boyunca əxlaqsızlıq dərsi keçən Madam De Saint-Ange, qardaşı Cəngavər və dostları Dolmance arasında cərəyan edir və dialoqlardan ibarət teatral quruluşu var.
Marquis de Sade əsərin “hər yaşdan, hər cinsdən olan könüllülərə” həsr olunduğunu deyir və oxucuları personajları örnək almağa çağırır. O yazır: "Əxlaqsız qadınlar, şəhvətli Sen-Anj sizin nümunəniz olsun; onun nümunəsindən sonra bütün həyatı boyu əsiri olduğu həzzin ilahi qanunlarına zidd olan hər şeydən iraq olun."
Sonra o, "gənc qızları" Eugénie'yi təqlidə çağırır; "axmaq valideynlərin sənə aşıladığı bütün o gülünc hökmləri o gədər cəlt rədd et ki". Nəhayət, o, kişi oxucuları "qeyri-adi Dolmance'ni öyrənməyə" çağırır və onun eqoizm və düşüncə nümunəsini, öz zövqündən başqa hər şeyə laqeyidliyini izləməyə dəvət edir.
"Beşinci dialoq” adlı fəsildə Cəngavərin “Fransızlar, Respublikaçı olmaq istəyirsinizsə daha çox səy göstərin” adlı fəlsəfi kitabçanı oxuduğu uzun bir hissə var. Bu kitabça Sade-nin din və əxlaq fəlsəfəsini aydın şəkildə təmsil edir. O, Fransa vətəndaşlarının yeni respublika hökumətinin qanunlarını mənimsəyəcək və kodlaşdıracağına böyük ümid bəslədiyi bir fəlsəfədir.

 

Oscar Wilde -  Dorian Qreyin portreti

1889-cu ildə Lippincott's Monthly Magazine jurnalının redaktoru JM Stoddart
Oscar Wilde, ser Artur Conan Doyle və TP Gill ilə Langham Hoteldə nahar etdi və hər yazıçıdan romanlar sifariş etdi.
Doyle "Lippincott"un 1890-cı il fevral nəşrində çap olunan "Dördlərin işarəsi"ni dərhal təqdim etdi, lakin Stoddart, Wilde'in "Dorian Qreyin portreti" əlyazmasını 1890-cı il aprelin 7-dək, romanı ondan sifariş etdikdən yeddi ay sonraya qədər ala bilmədi.
1889-cu ilin iyulunda Wilde "Cənab WH-nin Portreti" ni Blackwood's Magazine -də dərc etdirdi. Bu hekayə çox fərqli olsa da "The picture of Dorian Gray" şəklinə oxşar başlıqdadır və "onun bəzi əsas mövzularının ilkin eskizi" kimi təsvir edilmişdir.
Oscar Wilde'in hedonizm fəlsəfəsini təməl alan "Dorian Gray'in portreti" romanı ilk dəfə 1890-cı ildə Lippincott's aylıq jurnalında nəşr olunmuşdur. Nəşriyyatçının əxlaq dəyərlərinə uyğun olmadığı üçün əsərin 500-sözə yaxın hissəsini silməsinə baxmayaraq, kitab tənqid atəşinə tutuldu.
"Londonun Gündəlik Xronikası" qəzeti əsəri "cəmiyyəti çürüdə biləcək iyrənc fikirlərlə dolu","kirli" və "zəhərli" adlandırdı.
"St.Ceyms Qəzeti" isə kitabı "ürəkbulandırıcı","iyrənc" hesab edir və yazarın edam olunmasını təklif edirdi.
Kitab 1891-ci ildə yenidən çap olunduqda altı yeni fəsil əlavə olunmuşdu. Həmçinin obraz dialoqunda dəyişikliklər olunmuş, daha çox səhnə və Sibyl Vane-in qardaşı Ceyms Veyn əlavə edilmişdir.
Dorian Gray xalası xanım Brendonun evində tanınmış rəssam Bazil Holvardla tanış olur. İnanılmaz dərəcədə yaraşıqlı olan Dorian rəssamın diqqətini cəlb edir və onun bir neçə portretini çəkir.O, bu portretlərdə Dorianı qədim yunan qəhrəmanı və ya mifik bir fiqur olaraq təsvir edir.
Çox bəyənilməsinə baxmayaraq əsərini satmaqdan imtina edən Bazil dostu Lord Henriyə şəxsi hisslərini həddən artıq ələ verdiyi üçün portretə qarşı narahatçılığını dilə gətirir.
Sensasiyalı çıxışları ilə ad qazanmış dostu Lord Henri ilə Dorianın yaxınlaşmasından qısqanclıq duyan Bazil buna mane ola bilmir və Henrinin Doriana təsiri get-gedə güclənir Dorian isə portretinin özündən fərli olaraq həmişə gənc qalacağını düşündükcə ona ikrah hissi duyaraq portreti gizlədir. Lakin hadisələr başqa yöndə davam edir.

 

Rolf Dobelli  - Məntiqli düşünmə sənəti

Belə bir fikir mövcuddur ki, ibtidai insanların beyni yalnız iki funksiyanı yerinə yetirmək üçün hesablanmışdı: ov etmək və yığıcılıqla məşğul olmaq üçün. Lakin təəssüflər olsun ki, bəşər tarixində çox böyük dəyişikliklər olduğu üçün indi bizim bu rəngarəng dünyada pula, karyeraya can atmaq, ailə və sosial münasibətlər dəyişmişdir. Ona görə də təhtəlşüurumuzda hazırlanmamış, qayğılar içində səhmana salınmamış "mental tələyə" düşürük. Rolf Dobelli bir neçə il məntiqi yanlışları təhlil edərək, özünü bu məsələlərin öyrənilməsinə həsr edir. Məlum olur ki biz bunları hiss etmədən, fərqinə belə varmadan bu sıxacın məngənəsinə düşüb qalırıq. "Məntiqli düşünmə sənəti" sizin təfəkkürünüzdə formalaşmış olan 52 məntiqi qüsuru aşkarlayıb onlardan qurtulmaq üçün praktik alternativlər irəli sürür.

 

 

Frederik Beqbeder - 99 Frank

Bir zamanlar reklam agentliyində çalışmış olan yazarın avtobioqrafik səciyyə daşıyan bu əsərinin baş qəhramanı Oktavdır. Maddi baxımdan sıxıntı yaşamayan, hər səhər iyləməyə narkotiki, ən bahalı şərabdan içib sevişməyə sevgilisi olan ( hamilə qaldığını bildikdə metis bir fahişəylə flörtləşsə də) qəhramanımız işindən narazıdır. İşini ən böyük fırıldaq və vicdansızlıq, özünü və həmkərlarını isə ən böyük fırıldaqçı və vicdansız olaraq görməkdədir. Lakin nə qəribədir ki bir neçə sözdən ibarət olan reklam titlına görə, digər deyişlə dünyanı barmağına sarıdığına görə minlərlə frank pul qazanır. Hələ bahalı səyahətləri və şam yeməklərini nəzərə almasaq. Elə isə Oktavı narahat edən nədir? Vicdanı mı? Ola bilər. Lakin ən çox narahat olduğu şey işdən çıxmaq istəməsilə yanaşı işsizlik təqaüdündən əlini üzməli olmasıdır. Təqaüdü almaq üçün isə mütləq rəhbərlik tərəfindən qovulmalıdır. Gəl gör ki rəhbərlik Oktavdan yerlə göy qədər məmnundur. Bu zaman onun ağlına gözəl bir idea gəlir. Reklam şəbəkələrinin iç üzünü açacaq bir roman yazmaq. Beləliklə işdən qovulub təqaüdü də alacaqdı...
99 frank əsərinin nəşrindən sonra yazar işlədiyi reklam agentliyindən qovulur. Kitab 2007-ci ildə Jan Kuenon tərəfindən ekranlaşdırılır.
Sizə də satirik dilə malik və reklam bazarının gerçəkliklərini ifşa edən bu kitabı oxumağınızı məsləhət görərdim.

 

William Golding - Sineklerin tanrısı

Nobel mükafatçısı William Goldingin "Sineklerin tanrısı" əsəri öncəsində diqqətimi adı ilə çəkdi. Bu səbəbdən aldım. Gabriel Garsiyanın romanları kimi sürreal bir motivə sahib əsərlə qarşılaşacağımı sanmışdım. Fəqət yanıldım. Kitabda hadisələr qəza sonrasında kimsəsiz bir adada sağ qalan bir qrup azyaşlının yaşantılarından bəhs edir. Və bu yaşantıların fonunda insan vəhşiliyinin, toplum və toplumsal dəyərlərin anlamsızlığı və ya anlamı təhlil olunur. Kitabda diqqətimi çəkən ən önəmli şey təbiət təsvirlərinin canlılığı oldu. İnsan vəhşiliyinin uşaqların timsalında təqdimi və tənqidi də təqdirəlayiq idi. Bir sözlə başqa gözləntilərlə alıb, tamam fərqli bir əsərlə qarşılaşmağıma rəğmən bu sadəcə xoş bir təsadüf oldu. Əsəri bəyəndim və zamanla yazarın digər kitablarını da oxumağı düşünürəm.

 

Stiven Kinq - Parıltı

Keçmiş alkoqolik və işindən qovulmuş müellim Cek Torans yoldaşı Uendi və 5 yaşlı oğlu Deniellə Floradaya köçür.Dostunun Cek üçün tapmış olduğu yeni iş Floradanın ucqar dağlarla əhatə olunmuş dəbdəbəli oteli Overlukdadır.O, otelin bağlandığı və hava şəraitindən dolayı ətraf mühitlə əlaqəsi tamam kəsildiyi qış mövsümü boyunca oteldə qarovul xidməti göstərməli idi.Yeni həyata başlamaq və pyesini tamamlamaq üçün bu fürsət Cek və onun xanımı üçün göydəndüşmə oldu.Lakin onların heç biri övladları 5 yaşlı Denielin telepatik qabiliyyətindən və Overlukun qanlı keçmişindən xəbərdar deyildilər.
Gərgim səhnələrlə zəngin bu kitab qotika janrının psixoloji dram üslubunda yazılmışdı.Dünən oxumağa başladığım və yarım saat öncə bitirmiş olduğum "Parıltı" romanı dəfələrlə ekranlaşdırılmışdı.Kitab yazarla ilk tanışlığım oldu və məni yetərincə məmnun etdi.Zamanında Stiven Kinq özü də alkoqolizimdən əziyyət çəkdiyi üçün Cekin yaşamış olduğu hissləri ilmə-ilmə,dəqiqliklə toxumuşdu.Altı yaşlı Denielin qorxularını və düşüncələri də həmçinin eyni dəqiqliklə işləmişdi.Qorxu səhnələri isə heç şübhəsizki insanı ən azında vahimələndirməyi bacarırdı.Romanda yeganə sevmədiyim və bəzən məni hövsələdən çıxaran nüans marka adlarının yetərincə çox olması oldu.