“Lüsifer effekti” təkcə məzmun və ideyası ilə deyil, təhkiyə və üslubu ilə də oxucuları ovsununa salır.
Necə olur ki, sadə, sıradan insanlar bir göz qırpımında əsl cəllada çevrilə bilirlər?
Amerikalı sosiopsixoloq Filip Zimbardo bir neçə ölkədə, həmçinin İraq həbsxanalarında baş verən real hadisələrdən təsirlənərək özünün tarixdə iz qoymuş məşhur Stanford təcrübəsini həyata keçirmişdir. Belə ki, o, universitetin zirzəmisində tələbələrdən ibarət həbsxana modeli yaradır və tələbələri iki qrupa ayırır: məhbuslar, nəzarətçilər. Nəticələr isə gözlənilməz dərəcədə dəhşətli sonluqla bitir.
“Lüsifer effekti” kitabında müəllif bu təcrübələrini və gəldiyi qənaəti geniş şəkildə oxucuya çatdırır.
Zimbardoya görə insanı şər qüvvəyə çevirən onun düşdüyü mühit və onu yönəldən sistemdir. Bəs çıxış yolu varmı? Kitab bu suala da cavab axtarır.