Geniş ictimaiyyət tərəfindən ən çox müzakirə olunan “Yataq otağında fəlsəfə”, həm də qadağan edilən bir əsərdir. Sadizmin atası Markiz de Sad bu yoldançıxarıcı əsərdə cəmiyyətdə qəbul olunmuş əxlaq hüdudlarını aşır, normalara hücum edir, dağıdır. “Bütün yaş və istənilən cinsdən olan şəhvətpərəstlər, bu əsərimi tək sizlərə ərməğan edirəm” cümləsi ilə başlayan əsər Xanım de Sent-Anjın “seksual” təhsil vermək üçün evinə dəvət etdiyi 15 yaşlı Ejeni ilə keçirdiyi və iki gündə baş verən hadisələri detallı şəkildə əks etdirir. Kitab, oxucuları metafizikadan estetikaya, fəlsəfədən tarixədək bir çox mövzu ətrafında düşünməyə vadar edir. 227 il öncə yazılan əsər hələ də, oxucuları təəccübləndirməyə, heyran etməyə və sevindirməyə davam edir.
ISBN:
9789952381481
Janr:
Fəlsəfə
Nəşriyyat:
Yarasa yayınları
Cild:
Yumşaq
Müəllif:
Markiz de Sad
Səhifə sayı:
304
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 5
Hər dəfə buradan sifariş edirəm və heç vaxt məyus olmuram. Kitab çeşidi və xidmət əladır.
Rəfiqəmin biri uzun zaman idi israr edirdi ki, bu kitabı oxuyum. Nəhayət bir gün sifariş verdim. İnanın ilk səhifəni oxumuşdum ki, bayıldııımmmmm. Nə qədər istəyirdim kitabı əlimdən yerə qoyam, ayrıla bilmirdim. Hammı oxusun məncə. Bələ bir kitab yazdığı üçün Markizin cəsarətini alqışlayıram mən!
Bu insanın qaranlıq tərəflərini heç bir sərhəd tanımadan ələ alan ən önəmli bədii əsərlərdən biridir. Fəlsəfi dəyərə malikdir. Xüsusilə də kitabda yer alan "Cümhuriyyətçi olmaq üçün bir az daha cəsarət" adlı bölüm D.A.F. Marquis De Sadın fəlsəfi dünyagörüşünü ( hər nə qədər tətbiqi real olmasa da) ortaya qoyan ən önəmli bölümdür. Fəqət, hər kəs üçün deyil. 18 yaşdan böyük, sağlam psixologiyaya malik və açiq görüşlü birisəniz oxuya bilərsiniz. Oscar Wilde demişkən: "Əxlaqlı və ya əxlaqsız sənət əsəri yoxdur. Yaxşı və ya pis əsər vardır"
Mənim fikrimcə bu kitab vaxt itkisidi kitabda sadecə erotika və sonda vəhşilik var həmdə öz anasına qarşı
Əmin olun ki, bundan əxlaqsız və sapqın əsər dünyada yoxdur.
Bənzər məhsullar
Bununla birlikdə alırlar