Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət
−20%

Səs və ya qırmızı

Nəşriyyat: Qanun Nəşriyyatı
Müəllif: Şamxal Həsənov
Artikul: 9789952368277
Daha az alındı 20 bir dəfə
Ölçü vahidi: ədəd
9.60 AZN
12 AZN
Qənaət 2.40 AZN
Onlayna özəl qiymət

Çağdaş nəsr prinsiplərinə uyğun olaraq şüuraxını və daxili monoloq fəndlərilə qələmə alınan və obrazların öz təhkiyəsində təqdim olunan “Səs və ya Qırmızı” romanı hisslərin dərinliklərinə və incəliklərinə vararaq Azərbaycanda bir ilkə imza atır. İflic ata başındakı səslərdən yorğun düşən metafizik mövcudluğundan can qurtarmaq üçün yatağında keçmiş “canlı” həyatından və “Qırmızı” dünyasından söz açır, güclü ironiya ilə şıltaq hafizəsini dindirir, əxlaqı, doğrunu, xoşbəxtliyi və yaddaşı sorğulayır. ses ve ya qirmizi

Mövcuddur1

Yazar haqqında məlumat:

Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinə qəbul olunub və hüquqşünaslıq üzrə bakalavr dərəcəsinə yiyələnib. Növbəti iki il ərzində Fransanın l’Université de Bordeaux və l’Université Toulouse 1 Capitole universitetlərində fransız dilində magistratura təhsili alıb. Hazırda beynəlxalq şirkətlərdən birinin ölkəmizdəki filialında işləyir. İngilis, fransız və türk dillərində sərbəst mütaliə edən müəllifin bu ilk romanı Fransada “Éditions Kapaz” nəşriyyatı tərəfindən də nəşr olunur.

Kitab haqqında məlumat:

Çağdaş nəsr prinsiplərinə uyğun olaraq şüuraxını və daxili monoloq fəndlərilə qələmə alınan və obrazların öz təhkiyəsində təqdim olunan “Səs və ya Qırmızı” romanı hisslərin dərinliklərinə və incəliklərinə vararaq Azərbaycanda bir ilkə imza atır. İflic ata başındakı səslərdən yorğun düşən metafizik mövcudluğundan can qurtarmaq üçün yatağında keçmiş “canlı” həyatından və “Qırmızı” dünyasından söz açır, güclü ironiya ilə şıltaq hafizəsini dindirir, əxlaqı, doğrunu, xoşbəxtliyi və yaddaşı sorğulayır.

Hadisələr əsasən ata, oğul və ana üçbucağında dövr edir. Ailənin təsirli hekayəsi boyunca özünü axtaran xəyalpərəst oğulun iç səslərini və ailəsini hər vəchlə qoruyan, oğlunu gerçəkliyə gətirməyə çalışan, onda atasının təkrarını görməkdən çəkinən ananın iç səslərini eşidirik. Ananın rasionallığımı qalib gəlir, yoxsa oğulun kitablara meyil edən həssaslığı? Suallara cavab axtaran oxucu obrazların dünyasına onların gözündən baxır, müxtəlif heyvanların və Vicdanın əsas hadisələrlə çarpazlaşan monoloqlarını dinləyir.

ISBN:
9789952368277
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Şamxal Həsənov
Səhifə sayı:
300
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 14
AZ
Azər
24.09.2024 в 17:25
Çox uzada uzada yazmasa bəlkədə yaxşı roman ola bilərdi amma mənə çox darıxdırıcı gəldi.
MU
M. Ulduz
08.06.2024 в 07:47
Əsər çox təsirli və düşündürücüdür. Yazarın yazı tərzi və əsərin mövzusu məni çox təsirləndirdi.
TN
Turxan Nəcəfov
30.05.2024 в 23:07
Müasir Azərbaycan ədəbiyyatından bu əsər məni çox təsirləndirdi. Müəllifin yazı üslubu və hekayə anlatımı çox təsirli idi.
RA
Ramilə
15.05.2024 в 21:22
Deyilən fikirlərə məndə qoşuluram, həqiqətən maraqlıdır.
Hənifə İbrahimova
26.12.2023 в 17:08
Kitabı alanda bu qədər maraqlı olacağını düşünməmişdim. Oxuduqca ayrılmaə olmur çoooxx təditli əsərdir.
5 / 5
5 ulduz 13 4 ulduz 0 3 ulduz 0 2 ulduz 0 1 ulduz 0 Qiymətləndirmə olmadan 1
Bənzər məhsullar
7.99 AZN 9.99 AZN
Koma
ədəd
5.19 AZN 6.49 AZN
Uğura son bir addım
ədəd
7.99 AZN 9.99 AZN
Hərflərin vahimə­si
ədəd
7.99 AZN 9.99 AZN
Pəncərəsiz
ədəd
Bununla birlikdə alırlar
19.99 AZN 24.99 AZN
Qraf Monte-Kristo
ədəd
7.99 AZN 9.99 AZN
Dəmiryolu uşaqları
ədəd
19.99 AZN 24.99 AZN
Qədim Yunanıstanın mifləri və əfsanələri
ədəd
11.19 AZN 13.99 AZN
Yaşamaq yanğısı
ədəd
15.99 AZN 19.99 AZN
Türk qəhrəmanlıq dastanları I-II hissə
ədəd
3.99 AZN 4.99 AZN
Mənim həyatım
ədəd