Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина

Toni Morrison

ABŞ yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1993), Azadlıq Prezident medalının sahibi Toni Morrison 1931-ci ildə dünyaya gəlmişdir. 

3.99 AZN 4.99 AZN
Evə
шт
12.79 AZN 15.99 AZN
Sevgili
шт
12.72 AZN 15.90 AZN
Solomon nəğməsi
шт
23.85 AZN 26.50 AZN
Beloved by Morrison, Toni
шт
37.17 AZN 41.30 AZN
Beloved - Vintage Classics
шт
19.98 AZN 22.20 AZN
Jazz
шт
22.14 AZN 24.60 AZN
The Bluest Eye
шт
15.47 AZN 18.20 AZN
Возлюбленная
шт
12.84 AZN 15.10 AZN
Самые голубые глаза
шт
5.36 AZN 6.30 AZN
Самые голубые глаза (Тони Моррисон)
шт

Toni_Morrison.jpgAmerikan yazıçısı Toni Morrison Nobel mükafatı alan ilk qara dərili qadındır. Əsl adı və soyadı Kloi Entoni Uofforddur. Ohayo ştatında, zavod fəhləsi ailəsində doğulmuşdur. Yeniyetmə ikən yazdığı ilk hekayə mavi gözlərinin olmasını arzulayan zənci qız haqqında idi. Məşhur kitab nəşriyyatında — "Rendom Haus"da çalışdığı 1967-ci ildə Toni bu hekayənin ideyası əsasında "Ən mavi gözlər" romanını yazmışdı. Nəşriyyatda o, daha çox afroamerikan mənşəli müəlliflərin kitablarının çapa hazırlanması ilə məşğul olurdu. Süjetinin gözlənilməzliyi ilə seçilən "Ən mavi gözlər" 1970-ci ildə işıq üzü gördü və böyük oxucu rəğbəti qazandı. Müəllifin müxtəlif əxlaqi meyarlarla yaşayan zənci qadınlarının həyatından bəhs edən "Sula" romanı (1972) da bestsellerə çevrildi və növbəti ilin milli kitab mükafatını aldı. "Solomonun nəğməsi" (1977) romanının taleyi isə daha uğurlu oldu. "Sevimli qadın" (1987) romanı qazanılan uğurların təsadüfi olmadığını sübut etdi. Bu əsərə görə müəllif 1988-ci ildə Puliser mükafatı aldı. İsveç Akademiyasının nominantlar arasından növbəti laureat seçiminə də "Sevimli qadın"ın böyük təsiri olmuşdu. 

Yazıçı 2019-cu ildə dünyasını dəyişmişdir.

Toni Morrisonun kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.