Ваша корзина пуста

Seyid Əzim Şirvani

 XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxıda ruhani ailəsində anadan olub.

Hekayәlәr vә tәmsillәr
Yumşaq
Seyid Əzim Şirvani
5%
7.50 AZN
7.13 AZN

 250px-Seyid_Azim_Shirvani.jpgZəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri Azərbaycan türkcəsindədigəri isə farsca olimaqla iki böyük külliyyatdan ibarətdir. Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələrSədi, Hafiz  Füzuli şeirlərinə yazdığı nəzirələr  var.

   Şairin erkən yaradıcılığının çox hissəsini qəzəllər təşkil edir. Həyat sevgisinikbin əhval-ruhiyyədini etiqad xüsusi yer tutur.

   S.Ə.Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi  tənqidi-satirik şeirlərilə başlayır kiartıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçiqəzetinin mühüm rolu olub. Məhz "Əkinçi"nin təsirilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanır  yaradıcılığında yeni mövzulara keçirmüasir həyatın tələblərinə uyğun şeirlər yazır

 S.Ə.Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan "Yerdəkilərin göyə şikayət etmələri", "Dəli şeytan", "Məkri-zənan", "Bəlx qazisi  xarrat", "Müctəhidin təhsildən qayıtması", "Elmsiz alim", "Alim oğul ilə avam ata s. satiralarıdır.

 Zəngin yaradıcılığı ilə ədəbiyyat tariximizdə görkəmli yer tutan S.Ə.Şirvani 1888-ci il iyunun 1-də Şamaxıda vəfat edib.  

Seyid Əzim Şirvaninin kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.