Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина

Mirzə Fətəli Axundov

 Azərbaycan dramaturqu, maarifçi, şair, materialist filosof və ictimai xadim, Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi, romantik və müasir İran millətçiliyinin sələflərindən biri olan Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur.

60 AZN
Broş, kulon Şir
шт
100 AZN
Broş Şir
шт
70 AZN
Broş Oxatan
шт
80 AZN
Broş Əkizlər 2
шт
80 AZN
Broş Əkizlər
шт
80 AZN
Broş Buğa bürcü
шт
100 AZN
Broş Balıqlar bürcü
шт
90 AZN
Broş Xərçəng
шт
60 AZN
Broş Bayquş
шт
100 AZN
Broş Simurq
шт
80 AZN
Broş Kolibri
шт
100 AZN
Broş Tovuzquşu
шт
100 AZN
Broş Qarquşu 2
шт
100 AZN
Broş Qarquşu
шт
90 AZN
Broş Göz 3
шт
70 AZN
Broş Göz 2
шт
70 AZN
Broş Göz
шт
120 AZN
Sırğa İlan
шт
70 AZN
Broş İlan 3
шт
80 AZN
Broş İlan 2
шт
80 AZN
Broş İlan
шт
80 AZN
Broş Buta 3
шт
80 AZN
Broş Buta 2
шт
100 AZN
Broş Buta
шт
70 AZN
Broş Maralböcəyi 3
шт
100 AZN
Broş Böcək
шт
200 AZN
Broş Maralböcəyi 2
шт
200 AZN
Broş Maralböcəyi
шт
80 AZN
Broş Nar 4
шт
100 AZN
Broş Nar 3
шт
90 AZN
Broş Nar 2
шт
90 AZN
Broş Nar
шт
80 AZN
Broş Əqrəb 3
шт
90 AZN
Broş Əqrəb 2
шт
90 AZN
Broş Əqrəb
шт
70 AZN
Broş Fil 3
шт
100 AZN
Broş Fil 2
шт
80 AZN
Broş Fil
шт
80 AZN
Dördləçəkli Yonca 3
шт
80 AZN
Dördləçəkli Yonca 2
шт
Страница:

Mirzə_Fətəli_Axundov.jpgAxundov bədii yaradıcılığına şeirlə başlamışdır ("Səbuhi" təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluluğu fikrini müdafiə edirdi.

M.F.Axundzadə 1850–1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur. 

Azərbaycan teatrı Axundzadənin ölməz komediyaları zəminində yaranmışdır. 1873-cü ildə Həsənbəy Zərdabi tələbələri Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani ilə birlikdə Bakı məktəblərinin birində məşhur "Hacı Qara" əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur. 

M.F.Axundzadə 1837-ci ildə — 25 yaşında ikən "Puşkinin ölümünə Şərq poeması"nı yazmış və dərhal da rus dilində "Moskovskiy nablyudatel" jurnalında çap etdirmişdir. O, Aleksandr Puşkinin faciəli ölümündə çarın əli olduğu üçün susmağa məcbur olmuş rus şairlərini xəcalətdən qurtarmış, Rusiya ədiblərinin vətəndaşlıq vəzifəsini yerinə yetirmişdir.

Dramaturq kimi şöhrətlənən M.F.Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyası 1851-ci ildə Peterburqda ev teatrında , "Xırs quldurbasan" və "Vəzir-xani Lənkəran" komediyaları isə Tiflisdəki rus teatrında tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.

M.F.Axundovun fəlsəfə, ədəbiyyat, sənət haqqında fikir və mülahizələri əsasən onun Kəmalüddövlə məktubları adlı fəlsəfi traktatında, eləcə də "Föhristi-kitab"(1859), "Nəzm və nəsr haqqında"(1859), "Tənqid risaləsi"(1860), "İranın yüksək millət qəzetəsi haqqında kritika" (1866), "Mirzə Ağanın pyesləri haqqında kritika"(1871) və s. bu kimi məqalələrində böyük mütəfəkkirin sənətdə realizm, ənənə (tendensiya), bədiilik və onun meyarları, məzmun və forma vəhdəti, ideya və müasirlik, tənqid və onun əhəmiyyəti və s. bu kimi məsələlərlə bağlı fikir və mülahizələri öz əksini tapmışdır.

Bütün həyatını xalqının tərəqqisinə həsr edən M.F. Axundzadə ağır xəstəlikdən sonra 1878-ci ildə vəfat etmiş, öz vəsiyyətinə görə müəllimi M.Ş. Vazehin qəbri yanında dəfn olunmuşdu.

M.F.Axundovun kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.