Əhməd bəy Ağayevin (qəzetdə bu soyadla çıxış edirdi) “Kaspi” müəllifləri arasında müstəsna yeri vardı. Qəzet redaksiyasında çalışdığı 1898-1905-ci illərdə o, sözün həqiqi mənasında nəşrin simasına çevrilmişdi. Bu müddət ərzində açıq imza ilə 600-ə yaxın məqaləsi dərc olunmuşdu. Yazılar istər əhatə etdikləri coğrafiya, istərsə də toxunduqları mövzular baxımından olduqca geniş və rəngarəng idi. Lakin əsas diqqət şübhəsiz, Şərqə, islam dünyasına, rus hakim dairələrinin inadla “Qafqaz tatarları” adlandırdığı Azərbaycan türklərinin problemlərinə və bu problemlərin həlli yollarına yönəldilmişdi. Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi ərəfəsində işıq üzü görən kitaba onun “Kaspi”də çıxan çoxsaylı məqalələrindən ən səciyyəvi və aktuallığını itirməyən bir sıra nümunələr daxil edilib.
Код товара:9789952367096
Жанр:
Tarix
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Vilayət Quliyev
Количество страниц:
160
язык:
Азербайджанский
Метка:
Ekspress
комментарии3
Mənə lazım olan lazımi məlumatlar əldə etdim.
Belə faklar əsasında yazılmış, tarixə nəzər salan kitabları oxumaq iki qat maraqlı olur mənə. Orta yaşlı nəsl oxucular daha yaxşı anlayar məni. Amma gənc oxucularımıza da məsləhətim odur ki bu kitabı oxusunlar.
Əhməd Ağaoğlu irsi ilə maraqlananlar üçün qiymətli mənbədir.
комментарии3