“Sərbəst insanlar ölkəsində” əsərində Əhməd bəy Ağaoğlu görmək istədiyi ideal cəmiyyəti təsvir edib. Ağaoğlu əsarət zəncirlərini qıraraq qaçan bir türkün demokratik ölkəyə gəlməsi və bu ölkənin vətəndaşı olması üçün nələr etməli olduğunu göstərir. Sərbəst İnsanlar Ölkəsi kimi adlandırdığı bu xəyali ölkənin başqalarının hüquqlarına hörmət edən, qanunlarla idarə olunan bir yer olduğunu təsvir edir. Əsərdə qarşılıqlı köməkləşmək, cəmiyyətin xeyrinə işləmək və eqoizmdən qurtulmaq təbliğ olunur. Bundan başqa Aağaoğlunun sosial – iqtisadi düşüncələrinə də yer verilir. Kitabın iyirmi üçüncü səhifəsində Ağaoğlu yazır:
“Bəli. Sərbəst ölkənin fərdləri arasında həmrəylik əsasdır. Bir azad olmayan yerlərə baxın. Orada fərdlər və ailələr ayrı-ayrı yaşayırlar, aralarında əlaqə və münasibət çox azdır… Burada əsas məsələ ayrılıqdır, eqoizmdir. Vətəndaşlar bir-birinə yaddır; hər kəs başqasına laqeyddir. Belə bir cəmiyyətin fərdlərini əzmək asan olduğu kimi, cəmiyyət özü də cansız, qansız əsgi parçası kimi atılıb tutulur, oyuncağa çevrilir.”
ISBN:
9789952380415
Genre:
Hüquq
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Əhməd Ağaoğlu
Pages::
160
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 8
Təşəkkür edirəm Əli və Nino komandası. Kitabımı götürdüm, hər bir əməkdaşınızdan razı qaldım. Çox sağ olun.
Kitab çox keyfiyyətlidir və qiymət də münasib idi. Xidmətə görə təşəkkür edirəm.
Sizin saytdan istənilən kitabı rahatlıqla tapa bilirəm. Çox sağ olun.
Mübariz ruhlu bir əsərdir
Əhməd Ağaoğlunun kitabı azadlıq, ədalət və demokratiya anlayışlarından dərindən bəhs edir və sosial dəyişikliklər və azad cəmiyyətin formalaşması üçün mühüm ideyalar təklif edir. Müəllif insan hüquq və azadlıqlarının ictimai quruluşda necə əsas rol oynadığını izah edir.
Kitab özündə insanın azadlığı, mədəniyyəti və milli özlüyündən məhrumlaşmamaq üçün gərəkli olan qiymətli düşüncələri birləşdirir. Bədii bir üslubla yazılmış olaraq, insanın azadlığı və mədəni dəyərləri ilə bağlı ətraflı fikirləri oxucuya çatdırır. Ağaoğlu, milli kimliyin qorunması, insanın özünə inamı və mədəni irsə sahib çıxılması məsələlərini vurğulayaraq, ictimai və siyasi problemlərin həllinə dair də düşüncələr səsləndirir.
Azadlığı, sərbəstliyi və birliyi özündə əks etdirən mükəmməl bir əsər. Böyük zövqlə oxudum. Dövlətçilik ənənələrini özündə təcəssüm etdirən nadir əsərlərdəndir. Yaxsı ki, oxudum.
İnsanın özünü azad hiss etdiyi hər bir yer onun vətənidir. Əhməd bəy Ağaoğlunun azadlıq və hüriyyət ideyalarını əks etdirdiyi şedevr əsər.
Similar products
Frequently bought together