Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

Bölgələrdən sifariş etmək qaydası

Əgər siz Bakıdan kənarda yaşayırsınızsa və sifarişinizi sürətli, operativ şəkildə əldə etmək istəyirsinizsə, doğru ünvandasınız!

www.alinino.az saytı Azərbaycanın bütün şəhər və rayonlarına - Gəncə, Lənkəran, Şəki, Şirvan, Xaçmaz, Zaqatala, Lerik, Goranboy və s. - poçt vasitəsilə sifarişlər göndərir. Siz Azərbaycan, Türk, Rus, İngilis, Fransız dillərində istədiyiniz kitabları, oyun və oyuncaq, məktəb ləvazimatı, pazllar, Lego konstruktorları, müxtəlif hədiyyələr və s. minlərlə çeşiddə olan məhsulları www.alinino.az   onlayn satış mağazasından sərfəli qiymətlə əldə edə bilərsiniz. Bu, çox sadədir! Sifarişinizi www.alinino.azsaytında çətinlik çəkmədən, cəmi bir neçə dəqiqədə yerləşdirin, ödənişi edin və bir neçə gün sonra sifarişinizi ən yaxın Azərpoçt məntəqəsindən əldə edin!

www.alinino.a  saytında sifariş yerləşdirmək qaydası haqda sualınız varmı?

Videonu izləyin!

 

Sifarişlərinizi edin, ən qısa vaxtda ünvanınıza çatdıraq!

Azərbaycanın rayonlarına çatdırılma   

Azərbaycanın istənilən rayonuna çatdırılma Azərpoçtun poçt xidməti vasitəsi ilə həyata keçirilir.   
Azərpoçt vasitəsi ilə çatdırılma zamanı siz öz sifarişinizi 2-5 gün ərzində qeydiyyatda göstərdiyiniz poçt şöbəsindən ala bilərsiniz.

Bölgələrdən poçt xidməti ilə sifariş etdikdə siz bir neçə ödəniş üsulundan istifadə edə bilərsiniz.

1. Bank kartı

Sifarişin internetdə qeydiyyatı zamanı bank kartı ilə ödəniş etmək mümkündür. Bu zaman siz sifarişi rəsmiləşdirərkən "Visa Mastercard" ödəniş üsulunu seçirsiniz və kart məlumatlarınızı daxil edib təsdiqləyirsiniz.

 

2. Hissə-Hissə ödəniş

Albalı kart vasitəsilə siz ödənişinizi 3 və 6 aya bölərək hissə-hissə ödəyə bilərsiniz. Bunun üçün sifarişi rəsmiləşdirən zaman müvafiq bölgünü seçim etməlisiniz. 

 

3. Milliönlə ödəniş qaydası

Saytımızdan rahat alış-veriş etməyinizi təmin etmək məqsədi ilə saytımız MilliÖn ödəmə sisteminə qoşulmuşdur. 

MilliÖn vasitəsilə ödəmə aşağıda göstərilən kimi həyata keçirilir - Ekranda "Elanlar və Kuponlar " bölməsini seçərək ikinci səhifəyə keçid edin.

71343bfa4108f784d94a488b4dec1123.gif

Daha sonra alinino.az  bölməsinə daxil olun:

43aa9062a9e9d7b05f2ac951bcbff988.gif

Müştərinin İD nömrəsini “Müştəri İD nömrəsi” bölməsinə daxil edirik:

Daxil olan məlumat yoxlanıldığından sonra ödəmə bölməsinə keçid alınır:

Əməliyyatın bu mərhələsində istədiyiniz məbləği daxil edib - İRƏLİ -  düyməsini aktivləşdirin:

Ödəmə bölməsinə keçid alınır. Bu bölmədə müştəri haqqında məlumat qeyd olunur. Abunəçi sifarişdə qeyd olunan məbləği daxil edir və “İrəli” düyməsi aktivləşir. Abunəçi ödəmə edir və ödəməni təstiq edən qəbzi əldə edir.

 

Xoş alış-veriş diləyirik! Bizi seçdiyiniz üçün təşəkkürlər!