Cart is empty

Frequently asked question (FAQ)

Əlaqə
Hansı ünvanlarda mağazanız var?

*Fəvvarələr Meydanı  - Hacı Zeynalabdin Tağıyev küç.19.  Azərbaycan, Bakı AZ 1005 \ Tel: (+99412) 493-04-12

*Park Bulvar  - Park Bulvar AVM, 1-ci mərtəbə. Neftçilər prospekti. Azərbaycan, Bakı. AZ1001 \ Tel: (+99412) 598-71-56

*28 MALL   - 4-cü mərtəbə. Füzuli küç. və Azadlıq Prospektinin kəsişməsi. Azərbaycan, Bakı\ AZ1010 \ Tel: (+99412) 499 87 19

*Metropark AVM   - 3-cü mərtəbə. Təbriz küç. 106a, Nərimanov metro stansiyası. Azərbaycan, Bakı. AZ1033 \ Tel: (+99412) 514-06-65

*Koroğlu metrosu   - Piramida. Heydər Əliyev küçəsi 1029 \ Tel: (+99412) 422 63 16

*Gənclik Mall   - 3-cü mərtəbə. Fətəli

Xan Xoyski küç.38. Azərbaycan, Bakı. AZ1007
Tel: (+99412) 404-88-17

*28 May metrosu  - Giriş. Tel: (+99412) 498 97 03 

*Dəniz Mall - 3-cü mərtəbə. Neftçilər Prospekti 26a, Azneft. Azərbaycan, Bakı. AZ 1010 \ Tel:(+99412) 504-14-95

*Zefir Mall - 2-ci mərtəbə. Bakı şəh., MİDA Yasamal Yaşayış Kompleksi. AZ1122
Tel:(+99412) 499-20-23

*Blue Mall – 2-ci mərtəbə. 8 Noyabr prs, (Nargilə dairəsinin yaxınlığı)
Xətai rayonu, Bakı. Azərbaycan. AZ 1027 \ Tel: +99451-941-04-73

*Crescent Mall - Neftçilər prospekti 153, Bakı, Azərbaycan

Bölgələrdə filial mövcuddur?

“Əli və Nino” mağazalar şəbəkəsi yalnız Bakı şəhəri ərazisində yerləşir. Bölgələrə AzərPoçt vasitəsilə onlayn sifarişləri çatdırılma edirik.

Sərgilər haqqında məlumatı necə əldə edə bilərəm?

-Saytda qeydiyyatdan keçərək e-mailinizə hər gün gələn bildirişlər vasitəsilə
-Sosial şəbəkə hesablarımızı izləməklə

Məhsulun filialda mövcudluğu ilə bağlı məlumatı necə əldə edə bilərəm?

Bizim operativ komandamıza yazmaqla və ya zəng etməklə istədiyiniz məhsulun hansı filialımızda olduğunu dəqiqləşdirə bilərsiniz. 
Tel:  +994 12 431 40 67,    +994 51 312 24 40

Qeydiyyat
Qeydiyyatdan necə keçə bilərəm?

Əsas səhifədə “GİRİŞ” düyməsinə tıklayaraq lazımi məlumatlarınızı daxil edib qeydiyyatdan keçə bilərsiniz. 

Sifariş etmək üçün qeydiyyat mütləqdir?

Xeyr, qeydiyyatsız da sifariş etmək mümkündür. 

Qeydiyyat hansı üstünlükləri yaradır?

Endirimlər və yeniliklər haqqında e-mail ünvanınıza hər gün yenilənən bildirişlər alırsınız. 

Sifariş
Sifarişi necə rəsmiləşdirim?

Məhsulu (ları) seçərək səbətə əlavə edin. Səbətə keçid edərək “Sifarişi rəsmiləşdir” düyməsinə tıklayın. Lazımi məlumatları daxil edin. Çatdırılma və ödəniş formasını seçin və sifarişi təsdiq edin.

Sifarişin statusunu necə öyrənə bilərəm?

Bizə müraciət edərək: +994 12 431 40 67,    +994 51 312 24 40

Sifarişi necə ləğv etmək olar?

Bizə müraciət edərək: +994 12 431 40 67,    +994 51 312 24 40

Sifarişdə dəyişikliyi necə edə bilərəm?

Bizə müraciət edərək: +994 12 431 40 67,    +994 51 312 24 40

Sifarişi təhvil almadan ləğv edən zaman ödənişin qaytarılması necə olur?

Sifarişi rəsmiləşdirən zaman kartla onlayn, yaxud ödəniş terminalları vasitəsilə  ödəniş etmisinizsə, 14 iş günü ərzində ödənişiniz kart hesabınıza geri qaytarılır.

Sifariş etmədən filiala yaxınlaşıb məhsulu əldə edə bilərəm?

Əgər məhsul həmin filialda varsa, əldə edə bilərsiniz. Lakin, Alinino.az onlayn mağazasında gördüyünüz endirimlər mağazada keçərli olmayacaq.

“Tezliklə” yazılan məhsulları niyə sifariş edə bilirəm?

“Tezliklə” qeydi olan məhsulları ön sifariş etmək məhsul satışa çıxanda onu hamıdan öncə əldə etmək imkanı yaradır. 

Qaytarılma
Filialdan alış-veriş zamanı qaytarılma şərtləri nədən ibarətdir?

Məhsul istifadə olunmayıbsa və alış-veriş qəbziniz varsa, alınan məhsulu 14 gün ərzində geri qaytara və dəyişə bilərsiniz. Məhsul YALNIZ ALINDIĞI FİLİALDA qaytarılıb, dəyişdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 114 qərarına əsasən  aşağıdakı məhsullar geri qaytarılmır:
- Uşaq məhsulları
- Ətriyyat, kosmetika və  şəxsi gigiyena məhsulları
- Alt paltarları (çimərlik geyimi, corab və s.)

*Hədiyyə kartı ilə əldə edilən məhsullar geri qaytarılmır.
* STOLÜSTÜ oyunlar, UŞAQ oyunları, PAZLLAR yalnız bağlaması açıq deyilsə, cırılmayıbsa, qablaşdırılması zədələnməyibsə ,14 gün ərzində qaytarılıb dəyişdirilə bilər.
* Müştəriyə məhsulun öncədən zədəli olduğu bildirilibsə, geri qaytarılmır.
* Məhsul qüsurlu olduğundan endirim olunubsa, geri qaytarılmır.

Onlayn sifarişin qaytarılmasını necə edə bilərəm?

Kuryer vasitəsilə (bu zaman geri qaytarılma üçün əlavə kuryer haqqı - 3 AZN - müştəri tərəfindən ödəməlidir.)

Sifarişin qaytarılması üçün tələblər nədən ibarətdir?

-Sifariş təhvil verilərkən sizə təqdim olunmuş qəbzin kuryerə təhvil verilməsi mütləqdir.
-Alınan məhsul (əgər bağlı halda idisə) açılmamış, zədələnməmiş vəziyyətdə olmalıdır.
-Məhsulun bütün əlavə aksessuarları tam vəziyyətdə olmalıdır.
-Əgər məhsulun üzərində hər hansı bir hədiyyə göndərilmişdisə, o zaman hədiyyələr də tam, zədələnməmiş halda geri qaytarılmalıdır. 
-Qaytarılma zamanı sizə təqdim olunan blankda (sənəddə) sifarişin geri qaytarılması səbəblərini, qaytarılmanın bütün detallarını dolğun şəkildə qeyd etməniz mütləqdir.

Poçt vasitəsilə çatdırılmış sifarişi necə geri qaytara bilərəm?

-Rayonlardan, digər şəhər və ölkələrdən olan sifarişlərin geri qaytarılması poçt vasitəsilə həyata keçirilir. 
-Yaranmış  əlavə poçt haqqı alıcı tərəfindən ödənilməlidir.

Qaytarılma zamanı ödənişimi necə geri alacağam?

- Əgər sifarişinizi nağd olaraq ödəmisinizsə, o zaman kuryer vasitəsilə  qaytarılma zamanı ödəniş sizə nağd formada geri qaytarılır. - Əgər sifarişinizin ödənişini onlayn şəkildə (kartla) həyata keçirmişdinizsə, o zaman biz qaytarılma günündən etibarən məbləğin geri qaytarılması haqda banka sorğu göndəririk və sizin bankınız öz iş prinsipində nəzərdə tutulmuş (təxminən 1-14 iş günü) müddətdə ödəmiş olduğunuz məbləği sizin balansınıza geri qaytarır. -Əgər sifarişinizin ödənişini MilliÖn vasitəsilə etmişdinizsə, o zaman  məbləğ sizin bank kartınıza geri qaytarılır. -Ödəniş Alinino.az saytına məxsus Elektron Hədiyyə Kartı ilə həyata keçirilmişdisə, o zaman sifariş geri qaytarıldıqdan sonra həmin Elektron Hədiyyə Kartı yenidən aktivləşir.

Sifarişimi neçə gün ərzində qaytara bilərəm?

Satın aldığınız məhsulu kuryer sizə çatdırdığı gündən etibarən 24 saat ərzində siz sifarişinizi geri qaytara,  14 gün ərzində isə sifarişinizi başqa məhsullarla dəyişə bilərsiniz.

Hansı məhsulların qaytarılması mümükün deyil?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 114 saylı qərarına əsasən satın alınmış aşağıdakı məhsullar geri qaytarılmır və dəyişdirilmir:
1. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).
2. Parfümeriya-kosmetika malları.
3. Kişi, qadın və uşaq çimərlik paltarları.
4. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.
5. Məişət-kimyası malları.
6. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).
7. Uşaq oyun və oyuncaqları.
8. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.
9. Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar.
10. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.

Sifarişin qaytarılmasını kuryerlə etmək mümkündür?

Kuryer vasitəsilə geri qaytarılma mümkündür. Bunun üçün müştəri tərəfindən əlavə kuryer haqqı - 3 AZN - ödəməlidir.
 QEYD: Qaytarılma zamanı əməkdaşımız tərəfindən məhsula baxış keçirilir, əgər məhsul ideal vəziyyətdə olarsa, qaytarılma edilir.

İş saatları
İş saatlarınız necədir?

Alinino.az onlayn mağazası həftənin bütün günləri 08:00 – 21:00 qədər fəaliyyət göstərir.

“Əli və Nino” mağazalarının iş saatları necədir?

Fəvvarələr Meydanı  08:00 - 22:00
Park Bulvar  10:00 - 22:00
28 MALL   10:00 - 22:00
Metropark AVM   10:00 - 22:00
Koroğlu metrosu   08:00 - 21:00
Gənclik Mall   10:00 - 22:00
28 May metrosu   09:00 - 22:00
Dəniz Mall   10:00 - 22:00
Zefir Mall   10:00 - 22:00
Blue Mall   10:00 - 22:00
Crescent Mall   10:00 - 22:00

Zəmanət
Hansı məhsullara zəmanət verilir?

Fujifilm İnstax fotoaparatlarına 12 ay
Teleskoplara  6 ay
Qrammofonlara 6 ay

Zəmanət mənə hansı üstünlüklər verir?

Məhsulun təyinatı üzrə təlimata uyğun düzgün istifadə olunması şərti ilə, doldurulmuş zəmanət talonu məhsulun sahibinə texniki baxımdan, istehsal zamanı yaranmış nasazlığı olan və istifadəyə yararsız məhsulun dəyişdirilməsi və qaytarılması hüququnu verir.

Hədiyyə kartı
Hədiyyə kartı nədir?

Hədiyyə kartları onu bağışladığınız şəxsə öz dəyəri miqdarında alış-veriş etmək imkanı təqdim edir. 

Elektron və digər hədiyyə kartları arasında fərq nədir?

Elektron Hədiyyə Kartları yalnız Alinino.az onlayn mağazasında keçərlidir. Digər hədiyyə kartları isə həm filiallarımızda, həm də Alinino.az onlayn mağazasında keçərlidir. 

Hədiyyə kartlarının istifadə müddəti var?

Yoxdur.

Hədiyyə kartlarının qaytarılması mümkündür?

Hədiyyə kartlarının dəyəri tam və yaxud qismən qaytarıla bilməz.

Hədiyyə kartı ilə alınan məhsulu qaytarmaq mümkündür?

Hədiyyə  ilə alınan məhsul geri qaytarıla bilməz. 

Elektron Hədiyyə Kartı
Elektron Hədiyyə Kartı nədir?

Elektron Hədiyyə Kartı promokod formasında təqdim edilən sertifikatdır. Sizə yalnız Alinino.az onlayn mağazasında alış-veriş etmək imkanı yaradır. 

Elektron Hədiyyə Kartını necə əldə edə bilərəm?

Seçdiyiniz Elektron Hədiyyə Kartını səbətə əlavə edərək “E-mail ünvanına göndərmək” çatdırılma üsulu  seçməklə bir neçə dəqiqəyə Elektron Hədiyyə Kartını qeyd etdiyiniz E-mail ünvanında qəbul edə bilərsiniz. 

Elektron Hədiyyə kartı ilə ödənişi necə edə bilərəm?

Elektron Hədiyyə Kartının üzərində qeyd olunan promokodu səbətinizdəki xüsusi bölməyə daxil edərək “Göndər” tıklayın. 

Elektron Hədiyyə Kartını qayatara bilərəm?

Hədiyyə kartlarının dəyəri tam və yaxud qismən qaytarıla bilməz.

Elektron və digər hədiyyə kartlarının dəyərini hissə-hissə istifadə etmək olarmı?

Xeyr. Elektron və digər hədiyyə kartlarının dəyərini birdəfəyə və tam məbləğdə istifadə etmək lazımdır.

Ödəniş
Saytda ödənişi necə edə bilərəm?

Səbətinizdə müxtəlif ödəniş formaları var. Sizə uyğun olan ödəniş formasını seçin və sifarişi tamamlayın.

Hansı ödəniş üsulları mövcuddur?

- Nağd hesablaşma
- Bank kartı
- Taksit kartları ilə ödəniş
- Ödəniş terminalları ilə ödəmə
- Poçt vasitəsi ilə köçürmə
- Sürətli köçürmələr vasitəsilə
- Bank vasitəsi ilə köçürmə

Taksitlə ödəniş necə olur?

Səbətinizdəki ödəniş formalarından “Kapital Bank – Birkart” seçərək 2 və ya 3 aylıq taksitli ödənişdən yararlana bilərsiniz. 

Çatdırılma
Hansı çatdırılma üsulları mövcuddur?

- Kuryer vasitəsi ilə çatdırılma 
- Ekspress çatdırılma
- Azərbaycanın rayonlarına AzərPoçtla çatdırılma   
- Beynəlxalq çatdırılma 

Hansı ünvanlara çatdırılma edirsiniz?

Biz Bakı şəhəri üzrə bütün ünvanlara, Azərbaycanın bütün rayonlarına və dünyanın bütün ölkələrinə operativ çatdırılma edirik. 

Bakı üzrə çatdırılma ödənişi nə qədər təşkil edir?

Bakı daxilində 30 AZN qədər olan sifarişlərdə çatdırılma haqqı 3 AZN, 30 manatdan yuxarı məbləğdə sifarişlərin çatdırılması pulsuzdur.

Azərbaycanın rayonlarına və xarici ölkələrə çatdırılma qiymətləri?

Azərbaycanın bölgələrinə və xarici ölkələrə çatdırılma AzərPoçt vasitəsilə həyata keçirilir. Çatdırılma haqqı sifarişin çəkisindən və həcmindən asılı olaraq AzərPoçtun tarifinə uyğun avtomatik hesablanır.

Çatdırılma xidməti necə işləyir?

Çatdırılma xidmətində istirahət günü yoxdur. Çatdırılma 24 saat ərzində edilir. Siz sifarişi rəsmiləşdirən zaman sifarişi almaq istədiyiniz tarixi və saatı özünüz də təyin edə bilərsiniz. 

Kuryer çatdırması qiymətləriniz necədir?

*Bakı daxilində - 30 AZN-dək olan sifarişlərdə çatdırılma haqqı 3 AZN

Ekspress çatdırılma nədir?

Ekspress çatdırılma sizə sifarişinizi Bakı şəhəri üzrə 1 saat ərzində, Azərbaycanın rayonlarına isə 7 saat ərzində əldə etmək imkanı verir. Axşam 20:00-dan sonra edilən sifarişlərin çatdırılması növbəti gün 9:00 - 10:00.

Hansı ünvanlara ekspress çatdırılma mövcuddur?

Biz  həm Bakı şəhəri üzrə bütün ünvanlara, həm də Azərbaycanın bütün bölgələrinə ekspress çatdırılma edirik.  Naxçıvan MR və Şahdağ ərazilərinə ekspress çatdırılma qiyməti fərqli ola bilər. Naxçıvan MR ekspress poçtla göndəriləcək.

Ekspress çatdırılma qiymətləriniz necədir?

Ekspress çatdırılma zamanı ödəniş onlayn qaydada (kart vasitəsilə) həyata keçirilir. Bakı şəhərində ekspress çatdırılma 4 AZN, Azərbaycanın rayonlarına olan ekspress çatdırılma haqqı 10 AZN təşkil edir.

AzərPoçtla çatdırılma qiymətləriniz necədir?

Çatdırılma haqqı sifarişin çəkisindən və həcmindən asılı olaraq AzərPoçtun tarifinə uyğun avtomatik hesablanır.

Sifarişim nə zaman çatdırılacaq?

Çatdırılma xidmətində istirahət günü yoxdur. Bakı üzrə çatdırılma 24 saat ərzində edilir. Sifarişinizi çatdırmazdan öncə kuryer sizinlə əlqə saxlayır. Bölgələrə və xarici ölkələrə sifarişlər AzərPoçtla göndərilir, 5- 7 iş günü ərzində çatdırılır.

Bölgələrə çatdırılma hansı şəkildə göndərilir?

Bölgələrə AzərPoçt vasitəsilə onlayn çatdırılma edirik. Sifarişlər 5-7 iş günü ərzində çatdırılır.

Bölgələrə çatdırılma zamanı çatdırılma haqqı nəyə əsasən hesablanır?

Çatdırılma haqqı sifarişin çəkisindən və həcmindən asılı olaraq AzərPoçtun tarifinə uyğun avtomatik hesablanır.

Bölgələrə çatdırılma zamanı sifariş neçə gün müddətində çatır?

Bölgələrə olan sifarişlər AzərPoçt vasitəsilə 5-7 iş günü ərzində çatdırılır.

Bölgələrə çatdırılma zamanı qaytarılma və ya dəyişdirilmə edə bilərəm?

-Rayonlardan, digər şəhər və ölkələrdən olan sifarişlərin geri qaytarılması poçt vasitəsilə həyata keçirilir. 

-Yaranmış əlavə poçt haqqı alıcı tərəfindən ödənilməlidir.

“Özün götür” xidməti nədir?

Səbətinizdə “Özün götür”  çatdırılma üsulundan istifadə edərək sizə uyğun təhvil məntəqəsini seçməklə istənilən məhsulun sifarişini saytdan rəsmiləşdirib onlayn ödəniş edirsiniz, sifarişiniz təhvil məntəqəsində hazır olduqda sizə xəbər edilir və ünvana yaxınlaşaraq özünüz götürürsünüz. Bu zaman əlavə çatdırılma haqqı hesablanmır. “Özün götür” sifarişinin hazırlanaraq təhvil məntəqəsinə çatmaq müddəti 24 saatdır. Sifariş hazır olduqda operator sizinlə əlaqə saxlayıb bu haqda məlumat verir. Daha sonra siz həmin məntəqəyə yaxınlaşa bilərsiniz. 

“Özün götür” sifarişi zamanı təhvil məntəqəsində, yaxud filialda ödəniş edə bilərəm?

“Özün götür” sifarişləri zamanı ödəniş yalnız onlayn qaydada, sifariş rəsmiləşdirən zaman edilməlidir.

Təhvil məntəqələriniz hansı ünvandadır?

Alinino.az saytı müştərilərinə Bakı və Sumqayıt şəhərləri ərazisində 50-dan çox təslimat ünvanını təqdim edir. Bizim bütün mağazalarımız, həmçinin Kargomat postamatlarının yerləşdiyi bütün ünvanlar bizim təhvil məntəqələrimizdir.

“Özün Götür” xidməti qiymətləriniz necədir?

Bakı, Abşeron və Sumqayıt ərazilərində 60-dan çox təhvil məntəqəsindən sifarişi təhvil almaq PULSUZDUR

Kargomat sifarişi nədir?

Biz “Özün götür” xidmətində Kargomat postamatlarından da istifadə edirik. Postamat müştərilərin bağlamalarını daha rahat və sürətli, növbə gözləmədən təhvil almalarına imkan verən avtomatlaşdırılmış poçt qutusudur. Bu çatdırılma üsulunu seçdiyiniz zaman əlavə çatdırılma haqqı ödəmədən sifarişinizi təhvil məntəqəsindən əldə edə bilərsiniz.

Kargomat sifarişi zamanı əlavə ödəniş tələb olunur?

“Özün götür” xidmətindən istifadə edərkən istənilən təhvil məntəqəsini, həmçinin “Kargomat” təhvil məntəqələrindən hansısa birini seçdiyiniz halda əlavə çatdırılma haqqı ödəmədən sifarişinizi təhvil məntəqəsindən əldə edə bilərsiniz.

Kargomat sifarişini necə gün müddətində götürə bilərəm?

Sifarişinizin təhvil məntəqəsində olması ilə bağlı təsdiq bildirişini aldıqdan sonra 48 saat ərzində sifarişinizi əldə edə bilərsiniz.

Beynəlxalq çatdırılma mövcuddur?

Beynəlxalq (xarici ölkələrə) çatdırma Azərpoçt poçt xidməti tərəfindən həyata keçirilir. 
Hər çatdırılmanın qiyməti fərdi olaraq hesablandığından, sifarişin dəyərini öyrənməyin ən sadə və düzgün yolu sifarişi rəsmiləşdirməyə başlamaqdır. 

Beynəlxalq çatdırılma zamanı sifariş hansı müddətdə çatdırılır?

Beynəlxalq göndərişlər üçün təxmini tranzit müddətləri: 

Avropa – 7 iş günündən 12 iş gününədək, 
Amerika – 10 iş günündən 21 iş gününədək, 
Asiya ölkələri – 10 iş günündən 22 iş gününədək. 

Endirim
Endirimlər haqqında məlumatı necə əldə edə bilərəm?

-Saytda qeydiyyatdan keçərək e-mailinizə hər gün gələn bildirişlər vasitəsilə

-Sosial şəbəkə hesablarımızı izləməklə

“Əli və Nino” mağazalarında hansı endirimlər var?

-Hər bazar ertəsi tələbələr üçün bütün kitablara 15% endirim

-Ad günü olanlara 10% endirim

Bundan əlavə, mütəmadi olaraq, mağazalarımızda müxtəlif endirimlər olur. Sosial şəbəkə hesablarımızı izləyərək operativ məlumat əldə edə bilərsiniz.

Sayt və mağaza arasındaki qiymət fərqi nə ilə bağlıdır?

Alinino.az onlayn mağazası müstəqil fəaliyyət göstərən mağazadır və onlayn satışda öz müştərilərinə daim endirimli qiymətlər təklif edir. Onlayn mağazanın endirim siyasəti mağazalarda keçərli deyil.

Endirim kartı
Endirim kartı nədir?

“Əli və Nino” mağazalarına məxsus endirim kartı sizə hər alış-verişinizdə endirim faizləri qazandırır. Etdiyiniz hər alış-veriş balansınızda toplanaraq endirim dərəcənizi 20%-dək artır. 

Online alış veriş zamanı endirim kartından istifadə edə bilərəm?

Əgər sizin “Əli və Nino” endirim kartınız varsa və Alinino.az saytındakı endirim faizindən daha yüksəkdirsə, o zaman sifarişiniz sizin endirim kartınizin faiz dərəcəsinə müvafiq olaraq hesablanacaqdır. Əks halda, sadəc, sizin sifariş məbləğiniz endirim kartınızın balansına əlavə ediləcəkdir.