Azərbaycanlı fikir adamı Əhməd Ağaoğlu (1869-1939) kiçik istisnalarla ömrünün son 30 ilini ikinci vətən saydığı Türkiyədə yaşamışdı. Siyasətçi, alim, jurnalist, pedaqoq kimi Osmanlı imperatorluğunun və Türkiyə Cümhuriyyətinin ictimai-siyasi, mədəni-mənəvi həyatında silinməz izlər qoymuşdu. Qardaş ölkədə türkçülük düşüncəsinin və liberal-demokratik dəyərlərin yayılması uğrunda dönməz mübariz kimi tanınmışdı. Sağlığında dəyərə çevrilən görkəmli şəxsiyyətin ölümü 1930-cu illərin sonunda böyük Atatürkün vəfatından sonra çağdaş türk cəmiyyətində ölkənin və xalqın məruz qaldığı yeri doldurulmayan itki kimi dəyərləndirilmişdi. Müxtəlif qəzet və jurnalların səhifələrində onlarla müəllif Əhməd Ağaoğlunun Türkiyə və türklük qarşısındakı xidmətlərindən, yüksək şəxsi və insani keyfiyyətlərindən, ədəbi irsinin əhəmiyyətindən bəhs etmişdi. Oxuculara təqdim olunan kitabda dövrün türk mətbuatında yer almış bu tipli çoxsaylı vida yazılarından seçmələr toplanmışdır.
ISBN:
9789952366532
Genre:
Tarix
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Vilayət Quliyev
Pages::
128
language:
Azerbaijani
Метка:
Ekspress
Product availability:
есть в наличии
Product reviews 3
Məndə oxuduqca, çox təsirləndim.
Oxuduqca çox duyğulandım, zaman ayırıb oxumağa dəyər.
Vilayət Quliyevin digər kitablarını da oxumuşam, onun qələmini çox bəyənirəm. Bu gün endirimdən yararlanıb 3 kitab sifariş etdim. Sürətli çatdırılmaya görə və diqqətcil olduğunuza görə təşəkkür edirəm.
Similar products
Frequently bought together