İdmanla məşğul olmağın orqanizmə bir çox faydaları vardır. Məsələn:

  • İdman insanın əhval-ruhiyyəsini yüksəldir. Belə ki, idmanla məşğul olduqdan sonra insanözünü əvvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır.
  • Vaxtaşırı idmanla məşğul olmaq ürəyi gücləndirir, yüksək qan təzyiqini və qanda xolesterininmiqdarını nizamlayır ki, bu da bir çox xroniki xəstəliyin qarşısını alır. Arterial və koronar damarların elastikləşməsinə və fəaliyyətinin yaxşılaşmasına səbəb olur.
  • Müntəzəm idmanla məşğul olan zaman insan kalori itirir ki, bu da artıq çəkilərdən xilas olmağa kömək edir.
  • İdman ürəyinvə ağciyərin funksiyasını gücləndirir, vücudu oksigenlə tam təmin edir və damarlardakı qan dövranını artırır. Nəticədə isə təngnəfəsliyi və yuxusuzluğu aradan qaldırır.
  • Beyin damarlarının açılmasına, beyində serotoninvə melotonin hormonlarının aktivləşməsinə kömək edir.

 

Hər bir idman növündə özünəməxsus idman alətlərindən istifadə olunur. Bu idman alətlərini seçərkən ilk növbədə, onların keyfiyyətinə və davamlılığına diqqət yetirmək lazımdır. Bəs Azərbaycanda, Bakıda sərfəli qiymətlə idman alətlərini haradan almaq olar?

 Alinino.az saytı idman alətlərinin, köməkçi idman vəsaitlərinin, idman geyimləri və idman qidalarının ucuz qiymətlə və endirimlə satışını həyata keçirir.

Alinino.az saytında siz xüsusi ayrılmış bölmədən yoqa, pilates, fitnes, balıqçılıq, üzgüçülük və s. bir çox idman növlərinə məxsus olan idman alətlərini sifariş etməklə sürətli çatdırılmadan yararlana və qapınızda sifarişinizi təslim ala bilərsiniz.

İdman zallarında intensiv məşqlərlə yanaşı, siz idman alətlərini almaqla evinizdən çıxmadan rahat şəkildə öz evinizdə də aktiv idmanla – fitnes, pilates, yoqa, trenajor və s – məşğul ola bilərsiniz.

Alinino.az saytı müştərilərə ən sərfəli qiymətlərlə yoqa topuyoqa mat, espanderjqut, atlama ipi, müxtəlif çəkilərdə olan qantel, roller, masaj rolikləri, tennis üçün raketka, badmintonstolüstü tennisşahmat  və digər yüzlərlə çeşiddə idman vasitələrini təqdim edir.

Bəs idman alətlərinin sağlamlığımıza necə təsiri var? Hansı idman alətləri nə üçün nəzərdə tutulmuşdur?

Gəlin bəzilərinə nəzər salaq!

Yoqa, pilates topu

Bu top həm yoqada, həm də pilatesdə aktiv istifadə olunur. Çoxfunksiyalı istifadəsi sayəsində qarın, ayaq, çiyin, bel, sinə və digər nahiyələrin əzələlərinin inkişafında mühüm əhəmiyyətə malikdir. Ölçülərinə, səthinin diyircəkli olub-olmamasına görə fərqlənir.

 

Sayğaclı atlama ipi

Bu alət tam olaraq idman aləti hesab olunmasa da, sayğaclı olan modelləri idman və fərdi məşqlər zamanı aktiv istifadə olunur. Siz həmçinin ev şəraitində də rahatlıqla istifadə edə bilərsiniz. Sayğac sizin atlanma sayınızı avtomatik hesablayır.

 

AB Roller

AB roller də evdə rahat istifadə edə biləcəyiniz bir alətdir. Nə yer qaplayar, nə də cüzdan yorar.

Dizlərinizi ve ayaqlarınızı sabitləyib bu aləti iki yanından tutub və dönən təkər sayəsində irəli geri hərəkət edə bilərsiniz. Ab roller qarım əzələlərinin dostudur.

Çalışdırdığı hissələr: Qarın əzələsi, qol və çiyin hissəsi

 

Yoqa, pilates xalçası

Ölçüsünə , materialına və qalınlığına görə fərqlənir. Bu xalça həm yoqa, həm  pilates, həm aerobika, də ev şəraitində məşğul olduğunuz digər idman növlərində də istifadə olunur. Yoqa matın istifadəsindən sonra yığılaraq öz qabında saxlanması və tez-tez təmizlənməsi tövsiyə olunur.

 

Espander

Bir neçə fərqli formaları var. Materialının qalınlıq, möhkəmlik dərəcəsinə, uzunluğuna və funksiyalarına görə bir-birindən fərqlənir. Espander bədənin müxtəlif hissələrinin məşqində istifadə edilir. Qol, ayaq, əl, kürək, sinə, qarın əzələlərinin inkişafı və möhkəmləndirilməsində, qarın yağlarının əridilməsində effektiv təsirə malikdir. Espander, yaxud jqut həm bəylər, həm də xanımlar tərəfindən istifadə olunur. Dartınma çəkisinə görə bir-birindən fərqlənir. İdmana başladığınız ilkin vaxtlarda daha incə dartınan modellərdən başlamaq, mərhələli şəkildə artırmaq tövsiyə edilir.

 

Qantel

Qantel idman aləti lap kiçik ölçü və çəkidən başlayaraq 20, 30, 50  və s. kiloya qədər artır. Ev şəraitində istifadəniz üçün əsasən 1, 2, 3 kq.lıq qantellər uyğun hesan edilir. Qantellər əsasən qol və sinə əzələlərinin inkişafını təmin edən idman aləti hesab olunur.

 

Raketka

Həm adi tennis, həm də stolüstü tennisdə istifadə olunur. Hər bir tennis növünün müvafiq olaraq xüsusi raketkası var.  Stolüstü tennis roketləri kiçik ölçüdə olurlar, tutacaq hissəsi nisbətən qısa olur. Adi tennis roketi isə  uzun, tutacaq hissəsi təxminən qolunuz boyda olur. Kiçik top ilə birgə istifadə olunur.

 

İdman alətlərinin düzgün şəkildə istifadəsi sağlamlıq baxımından olduqca önəmlidir. İdman alətlərini almazdan öncə kiçik araşdırma edərək sizing bədəniniz və orqanizminizə faydalı ola biləcək, düzgün idman alətini seçmək məqsədəuyğundur.