Azərbaycanda artıq on ildən çoxdur ki, aktiv onlayn satış həyata keçirən Alinino.az saytı zəhmətkeş qadınlara sosial dəstək istiqamətli yeni layihəyə start verir!

Sayt Azərbaycanın hər yerində fəaliyyət göstərən və kiçik bizneslə məşğul olan qadın sahibkarlara öz məhsullarını Alinino.az saytında, ayrıca  onlayn mağaza kimi satışa təqdim etmək imkanı yaradır.

Artıq evinizdən çıxmadan məhsullarınızı satmaq imkanınız var!

Bunun üçün Alinino.az saytında xüsusi bölmə - Qadın sahibkar - yaradılmışdır.  Qadın sahibkarların istehsal etdiyi məhsullar və hazırladıqları əl işləri saytın bu bölməsində ayrılıqda onlayn mağaza kimi təqdim olunur.

Hazırda ölkənin tanınmış və sevilən markalarından olan "Resm""ƏNTIQUE", "Azerbaijan in a Box""Fleur Amore" kimi mağazalar artıq Alinino.az saytında öz onlayn satış mağazasını müştərilərinə təqdim edir.

Qeyd edək ki, Alinino.az saytı bu məhsulların satışından əldə olunan məbləği birbaşa, tam olaraq sahibkar xanımın özünə çatdırır. Üstəlik, məhsulun ünvandan alınaraq müştəriyə çatdırılmasını da Alinino.az saytı öz üzərinə götürür.

Alinino.az saytı Azərbaycanda - həm Bakı, həm də bütün bölgələrdə fəaliyyət göstərən qadın sahibkarlara səslənərək onları əməkdaşlığa dəvət edir.

Əgər siz də öz biznesinizi genişləndirmək, sahibkarlıq fəaliyyətinizi daha da irəli aparmaq niyyətindəsinizsə, o zaman Alinino.az saytı sizə dəstək olmağa, məhsullarınızı təmənnasız olaraq satışa təqdim etməyə hazırdır!

 

Əməkdaşlıqla bağlı bizə yazın:

info@alinino.az