Tea
Çayın tarixi
Qədim tarixə və olduqca faydalı əhəmiyyətə malik sevilən içki növü çay ilk dəfə Qədim Çində istifadə olunmuş və indiki halına çatanadək çeyli dəyişiklik yaşamışdır. Hazırda dünyada çayın üyüdülmüş, ləçəkli, soyuq çay və s. Kimi formaları olduqca geniş yayılmışdır. İlk dəfə olaraq məhz çinlilər çay bitkisinin yarpaqlarından hazırlanmış məhlulun orqanizm üçün olduqca faydalı təsirə malik olduğunu kəşf etmiş və bu bitkini geniş şəkildə becərməyə başlamışlar.
Çayın tarixində diqqət çəkən hadisələrdən biri də ilk dəfə ABŞ-da, 1908-ci ildə bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş paket çayların istehsalı oldu. Bu, çayın bir içki olaraq miqyasının daha da genişlənməsinə və inkişafına xeyli təkan verdi. Hazırda çayın yaşıl, qara, ağ növləri, müxtəlif meyvələrlə, ətirləndirici bitkilər və müxtəlif güllərlə olan çeşidləri süfrələri bəzəyir.
Çayın növləri
Mənşəyinə görə çaylar müxtəlif qruplara ayrılır. Bəzilər haqda qısa məlumat:
Çin - dünya çay istehsalının dörddə birindən çoxuna sahibdir, yaşıl və qara çaylar istehsal edir, eyni zamanda ağ və sarı çayların, ulun və Puer çaylarının istehsal olunduğu yeganə ölkədir.
Hindistan - dünyanın ikinci ən böyük çay istehsalçısıdır. Hindistanda çay istehsalı ixrac yönümlüdür, istehsal həcmi öz istehlakını xeyli üstələyir.
Seylon - İstehsalçı - Şri Lankadır, dünya istehsal həcmindəki payı təxminən 9-10% -dir. Qara və yaşıl çay istehsal olunur, çay bitkisinin yalnız Assam çeşidi becərilir.
Yapon - Yaponiya yalnız çay kolunun Çin çeşidindən yığılan yaşıl çay istehsal edir.
Afrika - Afrika çayları yalnız qara, doğranmış və ya dənəvər, orta və aşağı keyfiyyətli, yaxşı ekstraktlılığı və kəskin dadı ilə seçilir.
Azərbaycan çayı
Azərbaycanda çayın vətəni Cənub zonası hesab edilir. Xüsusən Astara, Lənkaran, Masallı, Şimalda isə qismən Balakən, Qax və Zaqatala ərazisində müxtəlif növ çay bitkisi əkilib-becərilir, həmçinin istehsal edilərək satışa təqdim olunur.
Azərbaycanda çay bitkisi ilk dəfə 1912-ci ildə Lənkəran bölgəsinə gətirilərək orada əkilib və ilk dəfə olaraq çay zavodu 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb.
Mütəxəssislərin araşdırmasına əsasən, Azərbaycanda orta hesabla hər il 10 min tondan artıq çay içilir. Çay, içki olaraq sadəcə sərinləşdirici və sakitləşdirici təsirə malik olmaqla yetinməmiş, Azərbaycan süfrələrinin əvəzolunmaz bəzəyinə çevrilmişdir.
Çay mədəniyyəti
Azərbaycanda çay mədəniyyəti qədim keçmişə və köklü ənənələrə sahibdir. Burada çay qonaqpərvərlik və qonağa hörmətin simvolu kimi xarakterizə edilir. Çayı xüsusi sinilərdə, armudu stəkanla süfrəyə təqdim etmək qədim ənənə hesab olunur. Azərbaycanlılar hesab edirlər ki, çay süfrəsi söhbətləşmək və istirahət etmək üçün ideal seçimdir. Hazırda Azərbaycan Qafqazın ən qədim çay ənənələrinə sahib ölkəsi hesab olunur.
Çayın istifadə qaydası
Tərkibində olan kofein hesabına qara çay orqanizmə gümrahlaşdırıcı və tonuslandırıcı təsir göstərir, sakitləşdiri və zehni aktivləşdirir.
Çayın dadlı və ləzzətli olması üçün onun xüsusi dəmlənmə qaydasına riayət etmək olduqca vacibdir.
Bəs yaxşı çayı necə dəmləməli?
Quru çayı ağzı bağlı qabda, rütubət və günəşdən uzaq saxlamaq lazımdır. Çay dəmləyərkən çaydanın düzgün seçilməsi vacib şərtlərdəndir. Ən ideal dəm çayniki çini materialdan olandır.
Quru çayın üzərinə qaynar su töküləndə çay yapaqları bişir və acı dadır. Çaydan qaynayanda köpüklənmənin dayanmasını gözləmək lazımdır, 5-7 dəqiqə keçəndən sonra suyun temperaturu təxminən 75 dərəcəyə çatanda suyu quru çayın üzərinə tökmək olar.
Çayın növündən asılı olaraq dəmlənilmə qaydası var.
Qara çay- 1 çay qaşığı çay üzərinə hərarəti 75 dərəcə olan 200 ml su tökülərək 4-7 dəqiqə dəmlənilir.
Yaşıl çay- 1 çay qaşığı çay üzərinə hərarəti 80 dərəcə olan 200 ml su tökülərək 5-7 dəqiqə dəmlənilir.
Çay dəmləniləndən 2 dəqiqə sonra içilərsə, sakitləşdirici təsir bağışlayır.
Azərbaycan çayını haradan almalı?
Azərbaycanda, Bakıda geniş çay çeşidlərini Alinino.az saytı təqdim edir. Yaşıl çay, qara çay, paket çaylar və digər yüzlərlə çeşiddə çayları sərfəli qiymətlə Alinino.az saytında tapmaq mümkündür.
Çay həm yaxınlarınıza hədiyyə etmək üçün unikal seçim, həm də gündəlik istifadəniz üçün olduqca faydalıdır.
Bakıdan, Azərbaycanın bütün rayonları və dünyanın hər bir yerindən evinizdən çıxmadan ən nəfis dadlı çayları, sərfəli qiymətlərlə Alinino.az-dan sifariş edə bilərsiniz.
Operativ çatdırılma xidməti geniş çeşidli qara, yaşıl çayları 24 saat ərzində sizin ünvanınıza çatdıracaq.