Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart
−5%

Şam Yeməyi

Publishing house: Strauss
Author: Herman Kox
SKU: 9789952463200
Unit of measurement: pcs.
8.55 AZN
9 AZN
Savings 0.45 AZN
Special online price
In stock

Məşhur (“məşhur”la başlayan standart cümlələr tanış gəldi?!) holland yazıçı və jurnalisti Herman Koxun ilk baxışda adi təəssürat (bəli, adi təəssürat!) bağışlayan “Şam yeməyi” romanının süjetinin sərhədləri konkret bir zaman çərçivəsinə oturdulub: restoranda bir axşam (daha doğrusu, şam yeməyinə məzə seçilib). İki qardaş və həyat yoldaşları şam yeməyində bir məsələni müzakirə etmək üçün yığışıblar (əslində başqa çarələri yoxdur). Paul Loman keçmiş tarix müəllimidir (elə “indi də”), qardaşı Serj isə gələcəyin Baş naziri (bilmək olmaz). İkisinin də yeniyetmə övladları var. Süfrə arxasında başlayan bayağı söhbət get-gedə drama çevrilir və dəhşətli ailə sirləri (bu yerdə gülmək məni tutur) bir-bir üzə çıxır. Masaya gələn hər yeni yemək çeşidi ilə gərginlik daha da artır (Allah axırını xeyir eləsin!)...
Mötərizələrdəki replikalar tərcüməçiyə aiddir, belə ciddi yerdə bu cür kinayəli atmacaların məramını bilmək üçün əsəri mütləq oxumaq lazımdır. Bu annotasiyanı əsərin təhkiyəçisi yazsaydı, məhz bu cür alınardı...
Roman 2009-cu ildə Hollandiyada “Oxucu mükafatı”na (Publieksprijs voor het Nederlandse Boek) layiq görülüb. 2014-ci ildə “Endrü Karneqi Medalı” (Andrew Carnegie Medal) mükafatına namizəd göstərilib. İyirmidən çox dilə tərcümə edilərək müəllifinə dünya şöhrəti gətirib. İndiyədək milyondan çox nüsxə satılıb. Süjeti əsasında üç ayrı ölkədə (Niderland, 2013; İtaliya, 2014; ABŞ, 2017) film çəkilib.
“Şam yeməyi” romanına “Sevdiyiniz insanları qorumaq üçün nələrə qadirsiniz?” adını da vermək olardı. Ancaq kitabın məzmunu təkcə bundan ibarət deyil. O həmçinin şərin mahiyyətindən və valideynlərin övladlarının əməllərinə görə daşıdığı cavabdehlikdən də bəhs edir”.
“The Observer” – Böyük Britaniyada həftəlik qəzet.
“Hardasa detektiv janrında yazılmış mükəmməl bir süjetin “soyuq” bir üslubla nəfis ahəngi – məgər “Şam yeməyi” romanına Hollandiyanın ən böyük ədəbiyyat mükafatı, dünya şöhrəti və milyonlarla tiraj gətirən məhz bu “resept” deyilmi?”
“The Washington Post” – ABŞ-da gündəlik qəzet.
“Bu romanı ancaq Mişel Uelbekin romanları ilə müqayisə etmək olar. Məsələ təkcə məşhur fransız nasirini yada salan təhkiyəçinin soyuq və mizantropik tonu deyil. Həm də ailə sirrini əsərin sonuna qədər açmamağında, bir çox məsələni məchul saxlamağında və izah etməməyindədir: hər kəsin özünü gördüyü bir növ Rorşah analizidir...”
“The Daily Telegraph” – Böyük Britaniyada gündəlik qəzet.

ISBN:
9789952463200
Genre:
Roman
Publishing house:
Strauss
Binding:
Yumşaq
Author:
Herman Kox
Pages::
278
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 2
EL
Elşən

Hər bir səhifəsində yeni bir sirr açılırdı. Oxuduqca maraq artdı.

FH
Fərqanə Hüseynova
Duyğular çox təsirli və səmimi ifadə olunub. Kitab məni dərindən təsirləndirdi.
5 / 5
5 stars 2 4 stars 0 3 stars 0 2 stars 0 1 star 0 No rating 0
Similar products
10.32 AZN 12.90 AZN
Yüz ilin tənhalığı
pcs.
9.19 AZN 11.49 AZN
Və dağlardan səda gəldi
pcs.
9.59 AZN 11.99 AZN
Parfümer
pcs.
11.52 AZN 14.40 AZN
Auşvits qızı
pcs.
12.79 AZN 15.99 AZN
Şüşənin səsi
pcs.
11.92 AZN 14.90 AZN
Sonda hər ikisi ölür
pcs.
9.59 AZN 11.99 AZN
Qorxulu Tehran
pcs.
14.32 AZN 17.90 AZN
Qız, qadın, digəri
pcs.
15.12 AZN 18.90 AZN
Səmərqənd eşelonu
pcs.
9.19 AZN 11.49 AZN
Çərpələng uçuran
pcs.
4.72 AZN 5.90 AZN
Ulduz Saatı
pcs.
7.19 AZN 8.99 AZN
Qısa xəttə qısa deyə bilənlərin hekayəsi
pcs.
11.19 AZN 13.99 AZN
Daş və kölgə
pcs.
14.39 AZN 17.99 AZN
Bütün dağılmış yerlər
pcs.
7.99 AZN 9.99 AZN
İsanın ölümü
pcs.
10.32 AZN 12.90 AZN
Norveç meşəsi
pcs.
11.12 AZN 13.90 AZN
Korluq
pcs.
4.79 AZN 5.99 AZN
Ağla gəlməyən gün
pcs.
9.12 AZN 11.40 AZN
Bonqsun bacı
pcs.
12.79 AZN 15.99 AZN
Xınaçı qız
pcs.