Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart
−20%

Şantaram

Publishing house: Qanun Nəşriyyatı
SKU: 9789952366518
Unit of measurement: pcs.
19.92 AZN
24.90 AZN
Savings 4.98 AZN
Special online price
In stock

“Şantaram” – XXI əsrin ən möhtəşəm romanlarından biri oxuculara təqdim olunur.
Uçurumun dibindən qayıdıb sağ qalmağı bacarmış insanın bədii mətnə çevrilmiş etirafları möhtəşəm hekayəsi ilə ən çox satılan əsərlər siyahısına düşərək, müasir dövrün Melvilldən tutmuş, Heminqueyə qədər – seçilmiş yazıçıların əsərləriylə eyni sırada öz yerini tutub.  “Şantaram”ın qəhrəmanı, müəllifin özü kimi uzun illər qanundan gizlənməli olmuş, boşandıqdan sonra atalıq hüququndan məhrum edilmiş, narkotik maddələr aludəçisinə çevrilmiş, bir sıra qarətlər törətmiş və Avstraliya məhkəməsinin hökmü ilə on doqquz il həbs cəzasına məhkum edilmişdi. O, həbsinin ikinci ilində ciddi rejimli cəzaçəkmə müəssisəsindən qaçaraq, bir müddət gizləndikdən sonra Bombeyə yollanır, orada fırıldaqçılarla, qaçaqmalçılarla, silah alverçiləriylə tanış olur, onlarla dostlaşır. Qısa müddət ərzində Hindistan mafiyasının aktiv iştirakçısına çevrilən Lin həm də bu ölkənin sadə və müdrik həyatını bütün çalarlarıyla sevir, onun ürək döyüntülərini hiss edib yaşadığı cəmiyyətin gizlinlərinə nüfuz etməyə çalışır. O, bütün varlığıyla bu həyatın bir parçasına çevrilərək, bütün çirkinliklər içində mənəvi təmizliyin, düşüncənin və insan olmanın simvoluna çevrilə bilir.
“Şantaram” kəskin süjeti və eyni zamanda ikinci alt qatda gizlənən fəlsəfəsiylə, xəyanəti, qətli, dostluğu, məhəbbəti, ölümü  və “həyat nədir” sualının cavabını özündə ehtiva edən şedevrdir...

ISBN:
9789952366518
Genre:
Müasir nəsr
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Gregory David Roberts
Pages::
832
language:
Azerbaijani
Метка:
Bestseller, Ekspress
Product reviews 14
RA
Rəvanə Ayxanlı

Kitabın üz qabığı mükəmməl vəziyyətdə idi. Çox məmnun qaldım, Əli və Nino hər zaman etibarlıdır.

YB
Yasəmən Babayeva

Çox düşündürücü bir əsərdir. Oxuyarkən özümü qəhrəmanın yerinə qoydum.

ZI
Ziya

Əsərdəki personajlar çox canlı və realist idi. Onların inkişafı və hekayənin gedişi mənə böyük zövq verdi.

İN
İsmayıl Nəzərli
Bir nəfəsə oxudum! Hekayə o qədər cəlbedici idi ki, kitabı əlimdən yerə qoya bilmədim. Oxuduqca daha çox oxumaq istəyirdim
EM
Emil
ŞANTARAM ROMANINDA HİNDİSTANIN ADƏT VƏ ƏNƏNƏLƏRİ İLƏ YANAŞI BAŞ QƏHRƏMAN LİN"İN BAŞINA GƏLƏN QEYRİ ADİ HADİSƏLƏR VƏ QADİR XANIN İNSANIN YARADILIŞI VƏ DİNİ MÜLAHİZƏLƏRİ ÇOX MÖHTƏŞƏM ƏKS EDİLMİŞDİR BU ROMANDA Hər şeydən biraz var
məsləhətdir Oxumaq
5 / 5
5 stars 11 4 stars 0 3 stars 0 2 stars 0 1 star 0 No rating 3
Similar products
11.99 AZN 14.99 AZN
Gecə inzibatçısı
pcs.
10.39 AZN 12.99 AZN
Da Vinçi şifrəsi
pcs.