For upper grades
Yuxarı siniflər üçün məktəb çantası axtarışında ora-bura qaçmaqdan bezmisiniz?
Uşağınız ibtidai sinifi bitirdi və sizə artıq yeni çanta lazımdır?
Alinino.az onlayn mağazası yuxarı sinif şagirdləri üçün keyfiyyətli məktəb çantaları, bel çantaları və məktəb ləvazimatının geniş seçimini Bakı və Azərbaycanın hər yerinə sifarişlə çatdırılmasını həyata keçirir. Məktəblilər 5-ci sinifdən başlayaraq 7-8-ci sinifədək çanta seçimində çətinlik yaşayırlar. Bu yaş uşağın elə yaş həddidr ki, yuxarı siniflərdə artıq çanta daha böyük olmalıdır. Dərslərinin sayının artması və məktəb ləvazimatlarına daha çox ehtiyac yarandığına görə böyük ölçülü məktəb çantası tələb olunur. Lakin, digər tərəfdən, yuxarı siniflər üçün məktəb çantası həm müasir dəbə uyğun olmalı, həm də daşınması və istifadəsi baxımından praktikliyinə də diqqət yetirilməlidir.
Məktəb çantası rahat, etibarlı və geniş olmalıdır. Axı o, hər bir şagird üçün lazım olan dərsliklər, dəftərlər və digər əşyaları öz bölmə və ciblərində gizləyir.
Həkimlər kiçik məktəblilər üçün, əsasən, kürəkdən asılan məktəb çantaları seçməyi məsləhət görürlər.
İdeal məktəb çantasının həcmi:
Normalara görə, yuxarı siniflər üçün ideal məktəb çabtasının boş halda olan çəkisi 1 kq-dan, dolusu isə uşağın bədən çəkisinin 10% -dən çox olmamalıdır. Buna görə də, bel çantası nə qədər yüngül olsa, bir o qədər yaxşıdır. Ölçüləri baxımından isə 31*16*42 sm və buna yaxın ölçülərdə məktəb çantasının seçilməsi məsləhət görülür. Məktəb çantasının ölçüsü maksimum uşağın kürəyini tamamilə örtəcək böyüklükdə olmalıdır. Beldən aşağı sallanan, yaxud, kürəyin ortasında qalan məktəb çantası seçimi düzgün hesab edilmir.
İdeal məktəb çantasının forması:
Artıq əşyalarına qulluq etməyi öyrənmiş orta məktəb şagirdləri üçün yumşaq bel çantaları almaq daha yaxşıdır.
İdeal məktəb çantasının materialı:
Süni dəridən, sintetik parçalardan hazırlanmış, parlaq rəngli, davamlılıq qabiliyyəti yüksək, həmçinin su keçirməyən parçadan hazırlanmış çantalar daha əlverişli hesab olunur. Hazırda əksər məktəb çantası istehsalçıları yuyula bilən kürək çantaları hazırlayırlar.
İdeal məktəb çantasının doldurulması:
Məktəb çantasının bir neçə bölməsi, daxili və xarici cibləri olmalıdır. Bir su şüşəsi və ya kiçik əşyalar üçün xüsusi cib olarsa, daha əlverişli olar. Çanta seçərkən cibləri və bölmələrinin sizin bütün məktəb ləvazimatını rahatlıqla tuta biləcəyindən əmin olun.
Artıq dünya brendlərinin bir çoxu – məsələn, Yaygan yuxarı sinif şagirdləri üçün xüsusi USB giriş-çıxış portuna sahib məktəb çantaları təqdim edir. Belə çantalar məktəblinin elektron cihazlarının rahat istifadəsi üçün əlverişli seçimdir.
Azərbaycanda, Bakıda yuxarı sinif şagirdləri üçün geniş çeşidli məktəb çantalarının endirimli qiymətlə ünvana çatdırılmasını Alinino.az saytı həyata keçirir.