Azərbaycanın istənilən rayonuna çatdırılma Azərpoçtun poçt xidməti vasitəsi ilə həyata keçirilir.
Hər çatdırılmanın qiyməti fərdi olaraq hesablandığından, sifarişin dəyərini öyrənməyin ən sadə və düzgün yolu onu qeydiyyatdan keçirməyə başlamaqdır. Azərpoçt vasitəsi ilə çatdırılma zamanı siz öz sifarişinizi 2-5 gün ərzində qeydiyyatda göstərdiyiniz poçt şöbəsindən ala bilərsiniz.
Bölgələrdən poçt xidməti ilə sifariş etdikdə siz bir neçə ödəniş üsulundan istifadə edə bilərsiniz.
1. Bank kartı
Sifarişin internetdə qeydiyyatı zamanı bank kartı ilə ödəniş etmək mümkündür. Bu zaman siz sifarişi rəsmiləşdirərkən "Visa Mastercard" ödəniş üsulunu seçirsiniz və kart məlumatlarınızı daxil edib təsdiqləyirsiniz.
2. Hissə-Hissə ödəniş
Albalı kart vasitəsilə siz ödənişinizi 3 və 6 aya bölərək hissə-hissə ödəyə bilərsiniz. Bunun üçün sifarişi rəsmiləşdirən zaman müvafiq bölgünü seçim etməlisiniz.
3. Milliönlə necə ödəməli?
Saytımızdan rahat alış-veriş etməyinizi təmin etmək məqsədi ilə saytımız MilliÖn ödəmə sisteminə qoşulmuşdur. İndi alinino.az saytında olan şəxsi hesabınıza müəyyən məbləğ yükləyərək rahat və etibarlı yolla sifarişinizi ödəyə bilərsiniz.
MilliÖn vasitəsilə ödəmə aşağıda göstərilən kimi həyata keçirilir - Ekranda "Endirimlər və Kuponlar " bölməsini seçin
Daha sonra alinino.az bölməsinə daxil olun:
Müştərinin İD nömrəsini “Müştəri İD nömrəsi” bölməsinə daxil edirik:
Daxil olan məlumat yoxlanıldığından sonra ödəmə bölməsinə keçid alınır:
Əməliyyatın bu mərhələsində istədiyiniz məbləği daxil edib - İRƏLİ - düyməsini aktivləşdirin:
Ödəmə bölməsinə keçid alınır. Bu bölmədə müştəri haqqında məlumat qeyd olunur. Abunəçi istədiyi məbləği daxil edir və “İrəli” düyməsi aktivləşir. Abunəçi ödəmə edir və ödəməni təstiq edən qəbzi əldə edir.
Xoş alış-veriş diləyirik! Bizi seçdiyiniz üçün təşəkkürlər!