“Ərəb nağılları” zəngin Şərq folklorunun təmsil, nağıl və macəra hekayələri toplusudur. Vafa Tarnovskanın uşaqlar ü̈çün yenidən işlədiyi bu nağıllar XIV əsr Suriya əlyazmalarına aid səkkiz macəra əsasında qələmə alınıb. Bu kitabda nənələrimizin danışdığı, uşaq və böyüklərin, şah və şahzadələrin, varlı və kasıbların maraqla dinlədiyi nağıllar toplanıb. ..Mədainin qəzəbli hökmdarı Şəhriyarın xanımı ona xəyanət edir. Bundan sonra şah evləndiyi qadınları toy gününün səhəri öldürür. Təkcə bir qadın – Şəhrizad hökmdarın yarasına məlhəm olacağına inanır. O, hər gecə hökmdarla birlikdə sehrli küpələrin, almaz xalxalların, əsrarəngiz şeyxlərin, vəfalı şahzadələrin, uçan xalçaların və möhtəşəm sarayların olduğu sirli nağıllar aləminə səyahət edir.
Genre:
Nağıllar
Publishing house:
3 Alma
Author:
V. Tarnovska, K. Henaf
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products
Frequently bought together