Kitab övladlarını ən vacib insani dəyərlərlə böyütmək istəyən ailələr üçün bələdçi rolunu oynayır. Onun sayəsində valideynlər uşaqları ilə keçirdiyi vaxtı xarakter inkişafına yönəlmiş maraqlı və əyləncəli materiallarla təmin edir. Uşaqlarda cavabdehlik hissi formalaşdıran, ağlabatan seçimlər etməyə imkan verən, bilik, bacarıq və qabiliyyətləri inkişaf etdirən fəaliyyətlərin evdə də dəstəklənməsi mümkündür. Təklif və məsləhətlər sadə dildə, müxtəlif öyrənmə üsullarına xitab edəcək şəkildə tərtib olunub və sağlam vərdişlər qazanılmasında böyük təsir gücünə malikdir.