Nataniel Brenden “Özünüqiymətləndirmənin 6 prinsipi” əsərində həyatı boyu apardığı klinik və təcrübi tədqiqatların son nailiyyətlərini təqdim edir. Insanı öz arxasınca aparan bu təsirli kitabda o, bizim psixoloji sağlamlıq, şəxsi uğur və pozitiv münasibət axtarışlarımızda özünüqiymətləndirmənin əhəmiyyətini çox gözəl nümayiş etdirir. Bəs biz əsl özünüqiymətləndirmə qabiliyyətini necə qazanırıq? Doktor Brenden bu əsərində özünüqiymətləndirmənin 6 prinsipini müəyyənləşdirir: gündəlik həyat təcrübəmizə əsaslanan 6 metod. Burada ilk dəfə olaraq özünüdərketməni və şəxsi effektivliyi artırmaq üçün çox sadə, lakin güclü çalışmalar verilir. Doktor Brenden özünüqiymətləndirmənin əhəmiyyətini öyrənərkən iş yerində, təlim-tərbiyədə, təhsildə, psixoterapiyada və cəmiyyətdə başqalarında özünüqiymətləndirmə hissini tərbiyə etmək üçün məsuliyyət daşıyan şəxslərə zəruri tövsiyələr verir və XXI əsrdə yaşamaq üçün özünüqiymətləndirmə mədəniyyətinin nəyə görə lazım olduğunu əsaslandırır. Böyük miqyas və dünyagörüşü dairəsi ilə insan naturasının dərinliklə- rinə güzgü tutan “Özünüqiymətləndirmənin 6 prinsipi” özünüqiymət- ləndirmənin psixologiyasına həsr olunmuş mükəmməl əsərdir.
ISBN:
9789952313574
Genre:
Psixologiya, özünüinkişaf
Publishing house:
Teas Press
Binding:
Yumşaq
Author:
Nataniel Brenden
Pages::
472
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products
Frequently bought together