İsmayıl Şıxlı bu tarixi romanını ölümündən beş ay qabaq tamamlaya bilib. Halbuki o bu romanı yazmaq qərarına hələ çox əvvəllər gəlib, təəssüf ki, ideyasını sovet gerçəkliyində obyektiv səbəblər ucbatından reallaşdıra bilməyib. Müəllifin ilk variantda “Qanlı təpə” adıyla qələmə almaq istədiyi bu əsər 20-ci illərin mürəkkəb və ziddiyyətli həyatını əhatə etməli idi. Lakin mövcud olan qadağalar, arxiv sənədlərinin gizlin saxlanılması, o illərdə baş verən əsl həqiqət və ziddiyyətlərin meydana çıxarılıb açıq söylənilməsinə qoyulmuş yasaqlar nəticəsində tarixi dövrü olduğu kimi verməyin qeyri-mümkünlüyü səbəbindən nəzərdə tutduğu romanı yazmamağı qərara alıb.
O, bir də müstəqillik dövründə bu ideyasına qayıdır, özgürlüyün verdiyi imkanlardan istifadə eləyərək xəstəliyi və gözünün zəifləməsinə baxmayaraq, doğmalarının fədakar yardımı sayəsində romanı yazmağa başlayır və uğurla başa çatdırır.
ISBN:
2001308254636
Genre:
Классика/Klassika
Publishing house:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
İsmayıl Şıxlı
Pages::
192
language:
Azerbaijani
Series:
Azərbaycan Klassikləri
Метка:
Ekspress
Product reviews 5
Klassik ədəbiyyat, müxtəlif mövzuları və tərzi əhatə edir, bu da oxuculara geniş bir estetik təcrübə təmin edir.
Roman həyatın keçmişlə əlaqəsini, sevgisini, insanın daxili konfliktlərini ustalıqla ələ alan dərin romandır. Qəhrəmanların emosional çətinliklərinə, aidiyyət axtarışlarına və sosial dəyişikliklərə diqqət yetirməklə kitab oxuculara insan psixologiyası və sosial dinamika haqqında düşündürücü təcrübə təqdim edir. Şıxlı əsərində emosional dərinliyi və ədəbi incəliyi ilə oxucunu daxili səyahətə çıxarır, insanın mürəkkəb təbiətini heyrətamiz şəkildə izah edir.
Şıxlı əsərdə sosial məsələlərə tənqidi baxış təqdim edir. Kitab dövrün siyasi və sosial problemlərini müzakirə etməklə oxucuları düşünməyə sövq edir.
İnsanın varlığı və ölümlə üz-üzə qalması mövzusunu özündə ehtiva edən güclü əsərdir. Müəllif ölüm anlayışını dərindən tədqiq etməklə həyatın keçiciliyini, insanın məna axtarışını təsirli şəkildə ortaya qoyur. Kitab emosional anlatımı və dərin düşündürücü elementləri ilə oxucuya təsir edir, onları düşüncə dolu səyahətə çıxarır. İsmayıl Şıxlı ədəbi istedadı ilə bu əsərində insan kövrəkliyinin təsirli portretini çəkir.
Mənimdə gənclik illərim sovet dövrünə təsadüf edib. O rejimin qadağaları ucbatından İsmayıl Şıxlı kimi çox yazarlarımız azad gikirlərini oxucuya çatdıra bilmirdi. Yazıçı ömrünün son günlərində olsada bu kitabınıdakı azad düşüncələrini biz oxucularına çatdıra bilib.
Similar products
Frequently bought together