Reallıqla təxəyyülün vəhdətdə olduğu bir kainat təsəvvür edin. Bu kainat praqmatizmdən tutmuş, dram, mifologiya və psixologiyaya qədər sizin diqqətinizi cəlb edəcək bir sıra elementləri özündə daşıyır. Addım atdıqca gözlənilməz şeylər kəşf edirsiniz. Haruki Murakami “Qeybə çəkilən fil” kitabını yeni ədəbi kainata girmək istəyən oxucular üçün ərsəyə gətirib. Kitabdakı hekayələ-rin hər biri yapon mədəniyyəti ilə yanaşı, Qərb mədəniyyətinin də çalarlarını daşıyır. Yazıçı hekayələrini açıq sonluqla bitirərək, oxucuların ağlında yeni fikirlər yaranması üçün qapını aralı saxlayır. Güman ki, yaşamınız boyu bir sıra həyati qərarlar vermisiniz. Kitabı oxuyarkən həmişə nəzərinizdən qaçan bir məqamın fərqinə varacaqsınız: əsas məsələ qərar vermək yox, o qərarı verənə qədər keçdiyiniz yol və o yolda öyrəndiklərinizdir. Kəmərlərinizi bağlayın və yeni bir aləmə qədəm qoymağa hazır olun.
Genre:
Roman
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Haruki Murakami
Pages::
456
language:
Azerbaijani
Метка:
SOON!
Weight, gr:
450
Product reviews
No one has left a review yet. Be the first!
Similar products