İyunun 22-də "Əli və Nino" mağazalar şəbəkəsinin yeni açılmış mağazası Crescent Mall-da "Əli və Nino" kitab klubunun ilk görüşü keçirildi. 

İyun ayı üzrə kitab klubunun səsvermə əsasında seçdiyi kitab Mett Heiqin "Gecəyarı kitabxanası" kitabı oldu. Görüş boyunca müxtəlif maraqlı fikirlər səsləndi, kitabın maraqlı nüansları müzakirə edildi.