Xəbər verdiyimiz kimi, 14 Fevral Sevgililər Gününnə özəl "Əli və Nino" mağazalar şəbəkəsi maraqlı bir addım ataraq cütlüklərin sevgisini əbədiləşdirmək qərarına gəlmişdi. 

Belə ki, şəbəkənin 28 Mall və Gənclik Mall filiallarında qonaq olan cütlüklərə poloroid tipli İnstax fotokameraları ilə çəkilmiş özəl fotoşəkilləri xatirə çərçivəsi ilə birgə hədiyyə olunacaqdı. 

Bu kampaniya gənclər və bütün cütlüklər tərəfindən böyük maraqla qarşılandı.

Kampaniyaya qoşulan cütlüklər sayəsində Sevgililər Günündən geriyə xoş anlar və təbəssüm dolu xatirə fotoları qaldı.