Ölkənin tanınmış blogeri, "Nə? Harada? Nə zaman?” intellektual oyununun uğurlu iştirakçısı Rüfət Abdulla "Əli və Nino"da!

Məşhur bloger öz şəxsi facebook səhifəsində də qeyd etdiyi kimi 21.04.19 tarixində “Əli və Nino”da  olacaq, müştərilərə kitab tövsiyyələrini edəcək, onlara kitab seçimində kömək edəcəkdir.

Rüfət Abdulla günün birinci yarısında Fəvvarələr meydanı filialımızda, ikinci yarısında isə 28 Mall filialında olacaq.

Blogerlə görüşmək, kitablar, ədəbiyyat və müxtəlif maraqlı mövzularda xoş söhbət etmək, həmçinin bir-birindən maraqlı kitab tövsiyyələri almaq istəyən hər kəs dəvətlidir!