İdman — insanların müəyyən qayda üzrə təşkil edilmiş hərəkətidir.
ABŞ-ın elm adamlarının uzun müddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır. İdman insan orqanizmini daima möhkəm saxlamaq, insan əzələlərini sağlam və güclü saxlamaqda önəmli əhəmiyyətə sahibdir.
İdman ümumiyyətlə fiziki atletizm və ya fiziki çevikliyə əsaslanan fəaliyyət sistemi olaraq qəbul edilir və Olimpiya Oyunları kimi böyük yarışlarda yalnız bu tərifə cavab verən idman növləri qəbul edilir. Avropa Şurası kimi digər təşkilatlar fiziki elementi olmayan fəaliyyətləri idman növü kimi təsnif etmir.
İdmanın növləri aşağıdakı kimi təsnifləndirilir:
- Basketbol
- Tennis
- Boks
- Kikboksinq
- Döyüş sənəti
- Futbol
- Həndbol
- Amerikan futbolu
- Güləş
- Cüdo
- Voleybol
- Şahmat
- Taekvondo
- Alpinizm
- Ağırlıqqaldırma
- Velosiped yarışları
- Karate
- Qolf
- Üzgüçülük
- Avarçəkmə
- Ovçuluq
- Oxatma
- Badminton
- Gimnastika
- Qılıncoynatma
Avstraliyalı alimlərin araşdırması sayəsində ən faydalı idman növləri müəyyən edilmişdir."British Journal of Sports Medicine" jurnalında yerləşdirilmiş hesabata əsasən, üzgüçülük, velosiped sürmək, aerobika və tennis insan üçün ən xeyirli idman növləri hesab edilir.
İdman növləri orqanizmə və yaşa uyğun seçilməlidir. İdman hər bir insan üçün vacibdir, xüsusilə də, uşaqlar üçün. Çünki idman uşaqların normal böyüməsində, inkişaf etməsində, orqanizmdə xəstəliklərə qarşı müqavimətin artmasında mühüm rola malikdir.
İdmanla məşğul olan uşaqlar ildə iki dəfə sümüklərin düzgün inkişafı və boy artımına görə müayinə olunmalıdırlar.
İdmana başlamazdan əvvəl mütləq şəkildə aşağıdakılar nəzərə alınmalıdır:
— əzələ-skelet sistemi;
— nəfəs yolları (ağciyərin funksiyası testləri ilə);
— görmə və eşitmə orqanları (görmə tənbəlliyinə, eşitmə zəifliyinə diqqət yetirilməlidir);
— biokimyəvi dəyərləndirmə (qandakı kalsiumun, fosforun, yodun, maqneziumun, xlorun və s. miqdarı, oksigenin normallığı);
— psixoloji vəziyyəti, bədən kütləsi və s.
İdman mütəxəssisləri yuxarıda sadalananların nəticəsinə əsasən, aşağıdakıları nəzərə almalıdırlar:
— bədənin müqavimətini;
— məşqetmə qabiliyyətini;
— reaksiya qabiliyyətini;
— qüvvə və diqqəti…
İdman növlərinin çətinlilik dərəcəsi əsasında reytinq siyahısı hazırlanıb. Nəticədə ilk beşliyə boks, hokkey, amerikan futbolu, basketbol və restlinq düşüb. Daha sonra təkmübarizəli idman növləri, tennis, gimnastika, beysbol və futbol gəlir.
Müasir dövrdə artıq fitnes, yoqa, pilates kimi aktiv məşğuliyyət sahələri də idman növlərinə aid edilir. Hazırda bu idman və sağlamlıq sahələri də həm bəylər, həm də xanımlar arasında olduqca populyardır. Yoqa, pilates, fitness kimi aktiv idman sahələri ilə evdə, təbiətdə, idman zallarında məşğul olmaq mümkündür.
Dünyada hər gün hansısa dəyişiklik baş yerir, yeniliklər meydana çıxır. Heç şübhəsiz, belə yeniliklər idman sahəsindən də yan keçmir. Nəticədə, yeni, qeyri-adi və maraqlı idman növləri meydana çıxır. Bəs hansı oyunlar qeyri-adi idman növü hesab olunur?
Palçıqla çayda üzgüçülük
İngiltərə və Amerikada təşkil edilən palçıqlı çayda üzmə yarışlarına maraq xeyli çoxdur. Bu yarışda iştirakçılar 54 metrlik bir məsafəyə üzür və bu məsafəni ən qısa vaxtda başa vuran qalib olur. Digər tərəfdən, bu yarışda iştirakçılar başqa üzgüçülük yarışlarından fərqli olaraq dalğıc paltarı da geyə bilərlər. Ancaq dalğıc paltarı geymək sərbəst olsa da, şnorkel (nəfəs almaq üçün alət) və pallet (üzmək üçün alət) geymək məcburidir.
Quiddich
Son illər ərzində bu qəribə, “Harry Potter” filmindən tanınan oyun əsl idman növünə çevrildi. Hal-hazırda dünyanın bir çox ölkələrində yaşayan insanların bu oyuna maraqları artıb.
Sauna çempionatı
Finlandiyada yaranmışdır. Bu oyunda qalib gəlmək istəyən insan saunada mümkün qədər çox qalmalıdır . Uzun müddət ərzində yüksək rütubətə və istiliyə dözə bilən insan çempion adını qazanaraq yüksək mükafata sahib olur.
Bataqlıq futbolu
Bataqlıq futbolu XX əsrin 60-cı illərində İngiltərədə yaranıb. Bu qeyri-adi idman növü əsasını futboldan götürsə də, özünəməxsus qaydaları ilə seçilir. Bu oyunda insanlar iki komandaya ayrılır və hər birisində 6 nəfər olur. Oyun iki hissədən (taym) ibarət olur və hər taym 13 dəqiqə davam edir. Bataqlıq futbolunda əvəzetmələr oyun dayandırılmadan həyata keçirilir. Maraqlıdır ki, bu oyunda cərimə zərbələri əllə vurulur.
Segway polo
Segway polo son illər ərzində İngiltərədə yaranan bir idman növüdür. Adi polo oyunundan fərqi odur ki, bu oyunda oyunçular at üstündə olmurlar, onlar son illər dəbə düşən segway skuterlərini idarə edirlər.
Pendir yuvarlamaq
”Pendir yuvarlamaq” kimi də məlum olan bu təhlükəli idman növü hər il may ayının 22-də İngiltərənin Qloster şəhərindəki Kuper Təpəsində təşkil olunur. Bu yarışlar bir əsrdən çoxdur ki, təşkil edilir. Təkər formasındakı bir pendir dik bir təpədən aşağı yuvarlanır və onlarla yarış iştirakçısı pendiri tutmaq üçün onun arxasınca yuvarlanır. Təbii ki, təpə çox dik olduğu üçün tez-tez kürək, ayaq və ya qol yaralanmaları da olur. Pendiri tutan yarış iştirakçısı isə pendirə sahib olur.
Şahboks
Şahboks tamamilə iki fərqli idman növünün - şahmatla boksun birləşdirilməsindən yaradılıb. Şahboks oyunu zamanı döyüş 11 raunddan ibarətdir. Oyunçular raundların tək rəqəmləri üzrə rəqiblərini mat etməyə, cüt rəqəmləri üzrə isə rəqiblərini boksdakı kimi nokauta salmağa çalışırlar.
Slembol
Basketbolun əsasında yaradılıb. Amma fərqli cəhətləri var. Slembolda komandalar tramplinlərdən istifadə edirlər. Belə desək, hər səbətin qarşısında tramplinlər olur. Hər birisində 4 nəfər olmaqla komandalar meydançanın hər iki tərəfindən səbətin ətrafına toplaşırlar. Oyunun əsas şərtlərindən biri də odur ki, topu rəqibin səbətinə atmaq lazımdır. Bu oyun əsasən ABŞ-da populyardır.
Su altında reqbi
Sualtı reqbi yarışı 4 metr dərinliyindəki bir hovuzda keçirilir. 11 nəfərdən ibarət 2 komanda topu rəqib komandanın qapısına vurmağa çalışır. Hər iki qapı da suyun altında yerləşir. Su altında həm nəfəs almaq, həm də hərəkət etmək çətin olduğu üçün bu idman növündə tələb olunan əsas qabiliyyətlər həm güclü nəfəsə, həm də güclü əzələyə malik olmaqdır.
Dəvə üstündən tullanma
Əsasən Yəməndə məşhurdur . Bu oyunun qaydalarına görə, iştirakçılar əvvəlcə yan-yana dayanmış 3 dəvənin üstündən tullanmalıdırlar. Ən yüksək nəticə 7 dəvənin üstündən tullanmaqdır. 7 dəvənin üstündən tullanan iştirakçı çempion olaraq, yüksək mükafata layiq görülür. Oyunun qaydalarına görə, dəvələrin boyunlarına toxunmaq olmaz.
İdmanla məşğul olmağın orqanizmə bir çox faydaları vardır. Məsələn:
- İdman insanın əhval-ruhiyyəsini yüksəldir. Belə ki, idmanla məşğul olduqdan sonra insanözünü əvvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır.
- Vaxtaşırı idmanla məşğul olmaq ürəyi gücləndirir, yüksək qan təzyiqini və qanda xolesterininmiqdarını nizamlayır ki, bu da bir çox xroniki xəstəliyin qarşısını alır. Arterial və koronar damarların elastikləşməsinə və fəaliyyətinin yaxşılaşmasına səbəb olur.
- Müntəzəm idmanla məşğul olan zaman insan kalori itirir ki, bu da artıq çəkilərdən xilas olmağa kömək edir.
- İdman ürəyinvə ağciyərin funksiyasını gücləndirir, vücudu oksigenlə tam təmin edir və damarlardakı qan dövranını artırır. Nəticədə isə təngnəfəsliyi və yuxusuzluğu aradan qaldırır.
- Beyin damarlarının açılmasına, beyində serotoninvə melotonin hormonlarının aktivləşməsinə kömək edir.
Hər bir idman növündə özünəməxsus idman alətlərindən istifadə olunur. Bu idman alətlərini seçərkən ilk növbədə, onların keyfiyyətinə və davamlılığına diqqət yetirmək lazımdır. Bəs Azərbaycanda, Bakıda sərfəli qiymətlə idman alətlərini haradan almaq olar?
Alinino.az saytı idman alətlərinin, köməkçi idman vəsaitlərinin, idman geyimləri və idman qidalarının ucuz qiymətlə və endirimlə satışını həyata keçirir.
Alinino.az saytında siz xüsusi ayrılmış bölmədən yoqa, pilates, fitnes, balıqçılıq, üzgüçülük və s. bir çox idman növlərinə məxsus olan idman alətlərini sifariş etməklə sürətli çatdırılmadan yararlana və qapınızda sifarişinizi təslim ala bilərsiniz.
İdman zallarında intensiv məşqlərlə yanaşı, siz idman alətlərini almaqla evinizdən çıxmadan rahat şəkildə öz evinizdə də aktiv idmanla – fitnes, pilates, yoqa, trenajor və s – məşğul ola bilərsiniz.
Alinino.az saytı müştərilərə ən sərfəli qiymətlərlə yoqa topu, yoqa mat, espander, jqut, atlama ipi, müxtəlif çəkilərdə olan qantel, roller, masaj rolikləri, tennis üçün raketka, badminton, stolüstü tennis, şahmat və digər yüzlərlə çeşiddə idman vasitələrini təqdim edir.
Bəs idman alətlərinin sağlamlığımıza necə təsiri var? Hansı idman alətləri nə üçün nəzərdə tutulmuşdur?
Gəlin bəzilərinə nəzər salaq!
Bu top həm yoqada, həm də pilatesdə aktiv istifadə olunur. Çoxfunksiyalı istifadəsi sayəsində qarın, ayaq, çiyin, bel, sinə və digər nahiyələrin əzələlərinin inkişafında mühüm əhəmiyyətə malikdir. Ölçülərinə, səthinin diyircəkli olub-olmamasına görə fərqlənir.
Bu alət tam olaraq idman aləti hesab olunmasa da, sayğaclı olan modelləri idman və fərdi məşqlər zamanı aktiv istifadə olunur. Siz həmçinin ev şəraitində də rahatlıqla istifadə edə bilərsiniz. Sayğac sizin atlanma sayınızı avtomatik hesablayır.
AB roller də evdə rahat istifadə edə biləcəyiniz bir alətdir. Nə yer qaplayar, nə də cüzdan yorar.
Dizlərinizi ve ayaqlarınızı sabitləyib bu aləti iki yanından tutub və dönən təkər sayəsində irəli geri hərəkət edə bilərsiniz. Ab roller qarım əzələlərinin dostudur.
Çalışdırdığı hissələr: Qarın əzələsi, qol və çiyin hissəsi
Ölçüsünə , materialına və qalınlığına görə fərqlənir. Bu xalça həm yoqa, həm pilates, həm aerobika, də ev şəraitində məşğul olduğunuz digər idman növlərində də istifadə olunur. Yoqa matın istifadəsindən sonra yığılaraq öz qabında saxlanması və tez-tez təmizlənməsi tövsiyə olunur.
Bir neçə fərqli formaları var. Materialının qalınlıq, möhkəmlik dərəcəsinə, uzunluğuna və funksiyalarına görə bir-birindən fərqlənir. Espander bədənin müxtəlif hissələrinin məşqində istifadə edilir. Qol, ayaq, əl, kürək, sinə, qarın əzələlərinin inkişafı və möhkəmləndirilməsində, qarın yağlarının əridilməsində effektiv təsirə malikdir. Espander, yaxud jqut həm bəylər, həm də xanımlar tərəfindən istifadə olunur. Dartınma çəkisinə görə bir-birindən fərqlənir. İdmana başladığınız ilkin vaxtlarda daha incə dartınan modellərdən başlamaq, mərhələli şəkildə artırmaq tövsiyə edilir.
Qantel idman aləti lap kiçik ölçü və çəkidən başlayaraq 20, 30, 50 və s. kiloya qədər artır. Ev şəraitində istifadəniz üçün əsasən 1, 2, 3 kq.lıq qantellər uyğun hesan edilir. Qantellər əsasən qol və sinə əzələlərinin inkişafını təmin edən idman aləti hesab olunur.
Həm adi tennis, həm də stolüstü tennisdə istifadə olunur. Hər bir tennis növünün müvafiq olaraq xüsusi raketkası var. Stolüstü tennis roketləri kiçik ölçüdə olurlar, tutacaq hissəsi nisbətən qısa olur. Adi tennis roketi isə uzun, tutacaq hissəsi təxminən qolunuz boyda olur. Kiçik top ilə birgə istifadə olunur.
İdman alətlərinin düzgün şəkildə istifadəsi sağlamlıq baxımından olduqca önəmlidir. İdman alətlərini almazdan öncə kiçik araşdırma edərək sizing bədəniniz və orqanizminizə faydalı ola biləcək, düzgün idman alətini seçmək məqsədəuyğundur.