Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

Kitab mağazasında evlilik təklifi!

Bu gün "Gənclik Mall”da yerləşən "Ali və Nino” kitab mağazasında maraqlı anlar qeydə alınıb. 
BakuPost.az-ın xəbərinə görə, kitabsevər gənclərdən biri mağazada sevgilisinə evlənmək təklifi edib. Gənc xanım evlilik təklifi qarşısında həyəcanından göz yaşlarını saxlaya bilməyib. 
"Ali və Nino”nun sahibi Nigar Köçərli Bakupostaz-a deyib ki, evlilik təklif edən gənc kitabsevər biridir və uzun illərdir onların müştərisidir: "Ruslan belə bir fikri olduğu ilə bağlı mənə müraciət elədi. Biz də əlbəttə razılıq verdik. Müəyyən hazırlıq işlərini görmək üçün şərait yaratdıq. Çox maraqlı bir səhnə idi, hamı həyəcanla izləyirdi. Sevinirik ki, gənclər belə bir xoşbəxt anlarını kitab mərkəzində yaşayırlar”.
N.Köçərli ilk dəfə belə bir hadisə ilə rastlaşdığını bildirib. 
Evlilik təklifindən maraqlı görüntüləri təqdim edirik: