Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

TikTok V Milli Kitab Sərgisinin media dəstəkçisidir

27 May – 4 İyun tarixlərində Bakıda baş tutacaq V Milli Kitab Sərgisinin media dəstəyini TikTok həyata keçirəcək. 

Qeyd edək ki. V Milli Kitab Sərgisində xarici və yerli yazarlarla görüşlər, imza günləri, əyləncəli və öyrədici tədbirlər, həmçinin yüksək endirimlərlə əsl kitab bayramı keçiriləcək.

Sərginin qonaqları sırasında John Boyn, Ahmet Ümit kimi sevilən yazarlar da yer alır.

 

Gənclərdə kitab sevgisini artırmaq və mütaliə həvəsinə təkan vermək məqsədilə bu dəfəki Milli Kitab Sərgisinə böyük dəstək TikTok-dan gəldi.  Belə ki, artıq TikTok social platformasında milyonların marağını cəlb edən yeni bir trend başladılıb.

 

#kitabfest: TikTok Azərbaycanda kitabsevərləri birləşdirir

WhatsApp Image 2023-05-24 at 16.56.44.jpeg

Qısa videolar izləmək və yaratmaq üçün öncül platforma olan TikTok 25 May – Bakıda Milli Kitab Sərgisinin ilk günündə mütaliə 
və ədəbiyyata həsr olunmuş yeni #kitabfest təşəbbüsünü təqdim edir.
Bu, Azərbaycanda ilk platforma layihəsidir.
 
#kitabfest Azərbaycandakı istifadəçiləri daha çox mütaliəyə, kitab tövsiyələrini bölüşməyə, yeni kitablar kəşf etməyə və 
TikTok-dakı nəhəng kitabsevərlər cəmiyyətinin bir hissəsi olmağa ruhlandırır. Bu təşəbbüs #BookTok qlobal fenomeninin
uğurundan ilhamlanaraq yaradılıb.
 
Hazırda #BookTok dünyanın bütün kitabsevərlərini bir araya gətirən əsl mədəni fenomenə çevrilib: bu həştəq ilə paylaşılan 
videolar TikTok-da 140 milyard baxış toplayıb. Videolarda müxtəlif ölkələrdən olan istifadəçilər oxuduqları kitablarla bağlı tövsiyə
və təəssüratlarını paylaşırlar.
 
#BookTok artıq kitab sənayesində öz təsirini göstərməkdədir: o, yazıçıların məşhurlaşmasına və kitabların bestsellerlər siyahısına 
düşməsinə şərait yaradır. Artıq insanlar daha çox TikTok rəyləri əsasında kitab alırlar. Belə ki, #kitabtövsiyələri həştəqi ilə
paylaşılan videolar artıq 2 milyarddan çox baxış qazanıb.
 
Azərbaycanda kitab mütaliəsinə təkan vermək məqsədilə TikTok “Əli və Nino” mağazalar şəbəkəsi və “Qanun” Nəşriyyatı ilə 
birgə bu platformada #kitabfest  adlı yeni kampaniyaya start verib.
Təşəbbüs çərçivəsində ölkənin hər yerindən istifadəçilər #kitabfest həştəqi ilə ədəbiyyat və mütaliə mövzusunda videolar
çəkməyə dəvət olunur: kitab xülasələri, qutuların açılması (unpacking), sevimli kitablardan parçalar, mütaliə və ədəbiyyatla bağlı
şəxsi hekayələr, Milli Kitab Sərgisindən reportajlar və hətta öz kitab rəfinizi necə hazırlamaq , yaxud, kitablarınızı yerləşdirmək
barədə videolar.
 
Bu ədəbi layihəyə qəbul artıq başlayıb: yazarlar/yaradıcı şəxslər/ nəşriyyatlar/ kitab mağazaları/ Milli Kitab Sərgisinin iştirakçıları.
 
Beş ən maraqlı videonun sahibi dəyərli mükafat  - “Əli və Nino” mağazalar şəbəkəsindən 
100 AZN dəyərində hədiyyə kartı – qazanacaq.