Artıq Bakıda beşinci dəfə təşkil olunacaq  Milli Kitab Sərgisində könüllü olaraq fəaliyyət göstərəcək kitabsevər gənclər bu gün Qanun Nəşriyyatında bir araya gələrək tədbirə dair fəaliyyət planını və görüləcək işləri nəzərdən keçirdilər. 

Azərbaycanda kitab sevgisinin və mütaliə həvəsinin artırılmasında böyük əməyi olan Milli Kitab Sərgisi artıq bir neşə ildir ki, Azərbaycanın ən böyük kitab bayramı halını almışdır.

Gənclər arasında böyük maraq görən bu sərginin könüllülər sırası hər il daha da genişlənir.

Qeyd edək ki, bu ilki V Milli Kitab Sərgisi 27 may - 4 iyun, 2023 tarixləri ərzində Bakının göz bəbəyi olan İçərişəhərdə keçiriləcək.

Tədbirə giriş qonaqlar üçün sərbəst və ödənişsizdir.